Skip to main content
Photo: European Union

EU4Digital proqramı yeni layihənin icrasına başlayır

04/06/2021

  • İqtisadi inkişaf və bazar imkanları
  • İqtisadiyyat və ticarət
  • İnstitutlar və yaxşı idarəçiliyin gücləndirilməsi
  • Təhlükəsizlik, sərhədlərarası əməkdaşlıq və sərhədlərin mühafizəsi
  • Mobillik və insanlararası əlaqə
  • Tədqiqat və innovasiya

EU4Digital proqramı Ermənistan, Azərbaycan və Gürcüstanda pərakəndə satıcıların, bazarların, karqo şirkətlərinin və gömrük orqanlarının dəstəklənməsi, o cümlədən məhsulların xaricdə satılması və transsərhəd ticarətin asanlaşdırılmasına yönələn yeni pilot layihənin icrasına başlayıb.

Məqsəd elektron kommersiya ekosistemini gücləndirmək və bu sahədə satışların həcmini artırmaqdır. Eyni zamanda Aİ daxilində və xaricində sahibkarlar üçün bərabər şərait yaratmaq və vergi saxtakarlığının qarşısını almaqdır. Bundan əlavə, EU4Digital proqramının pilot layihəsinin məqsədi Gürcüstanda qadınlar tərəfindən idarə olunan sahibkarlıq müəssisələrinin Aİ ilə elektron kommersiya sahəsində əməkdaşlığını dəstəkləməkdir. 

Pilot layihə çərçivəsində ŞT ölkələrindən olan şirkətlər 1 iyul 2021-ci il tarixindən etibarən qüvvəyə minəcək Aİ-nin elektron kommersiya sahəsində ƏDV ilə bağlı yeni direktivi haqqında da məlumat əldə edəcəklər. 

Artıq Azərbaycan (taxta materialdan əl ilə hazırlanmış aksesuarlar istehsal edən şirkət), Gürcüstan (qadınlar tərəfindən idarə olunan və uşaq geyimləri və ekoloji cəhətdən təmiz hədiyyələr istehsal edən iki şirkət) və Ermənistandan (corab istehsalı ilə məşğul olan şirkət) olan bir neçə şirkət öz məhsullarını Almaniyaya elektron kommersiya sistemi vasitəsi ilə satmağı bacarıb.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

EU4Digital proqramının pilot layihəsinin məqsədi və konsepsiyası