EU4Culture: “şəhər və rayonlar üzrə müsabiqə” nin ilk mərhələsinin seçilmiş şəhərləri açıqlandı!

03/08/2021

Bu gün “Mədəni İnkişaf Strategiyalarının hazırlanmasını dəstəkləmək üçün Konsepsiya Qeydlərinin Göndərilməsi” adlı Qrant Müsabiqəsinin nəticələrini elan etməkdən məmnunuq.

Müsabiqəyə Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova Respublikası və Ukraynadan ümumilikdə 70 şəhər və rayon qatıldıi. Marağınızı yüksək qiymətləndiririk. Təqdim olunan bütün Konsepsiya Qeydləri diqqətlə araşdırıldıqdan sonra EU4Culture hər bir iştirakçı ölkədən 5 (beş) şəhər və rayon seçdi (aşağıdakı siyahı əlifba sırası ilədir):

Azərbaycan: Gəncə, Lənkəran, Sumqayıt, Şəki, Xırdalan

Ermənistan: Çarentsavan​, Gümrü​, İcevan, Razdan​, Sevan​

Gürcüstan: Axaltsixe​, Kutaisi​, Poti​, Telavi​ və Zuqdidi​

Moldova Respublikası: Kaqul​, Komrat​, Orhei​, Singerei​ və Soroka​

Ukrayna: Odessa​, Poltava​, Rovne​, Vinnitsa və Jitomir​

Seçilmiş şəhərlərə Tam Müraciət ərizəsini hazırlamaq və təqdim etmək üçün 1.000 avroya qədər qrant veriləcək. Tam Müraciət ərizəsini təqdim etmək üçün son tarixin 30 Sentyabr, Mərkəzi Avropa Saatı ilə 12:00 olduğunu unutmayın.

Növbəti mərhələdə Mədəni İnkişaf Strategiyasını hazırlamaq üçün hər ölkədən ən çox üç şəhərə 30.000 avroya qədər qrant veriləcək. Nəhayət, hər bir ölkə üçün bir şəhər və ya rayona strategiyasını həyata keçirmək üçün 300.000 avroya qədər qrant veriləcək. Qrantlara əlavə olaraq, seçilmiş şəhər və ya rayonlar beynəlmiləlləşmə, Mədəni Müəssisə və İdarəetmə, Mədəni Göstəricilər və Statistika sahələrində bacarıqların artırılması dəstəyini alacaqlar.

EU4Culture, Şərq Tərəfdaşlığı ölkələrində mədəni və yaradıcı sektoru dəstəkləmək üçün Avropa İttifaqı tərəfindən maliyyələşdirilən dörd illik bir layihədir. Layihə Goethe-Institut (aparıcı), Çexiya Mərkəzləri, Danimarka Mədəniyyət İnstitutu və Gürcüstandakı Fransa İnstitutu tərəfindən həyata keçirilir.

Bu səhifədə verilən məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qoruması ilə tənzimlənir. © Avropa İttifaqı 2021