Skip to main content

EU4Culture layihəsi çerçivısində “Eko-moda” tədbiri keçirildi – Video

14/02/2025

Eko-moda ilə dəyişikliyə siz də qoşulun! 👗🌍

03-04 dekabr 2024-cü il tarixlərində Bakıda (Azərbaycan) Aİ tərəfindən maliyyələşdirilən EU4Culture layihəsi Goethe Zentrum Baku ilə əməkdaşlıqda EU4Culture Network Festival: İnsan Hekayələri, Müxtəlif Səslər: OYANAN GÖRÜŞ tədbirinə ev sahibliyi etdi. Festivalın kuratoru və təşkilatçısı “VarYox” Mədəniyyət Platforması idi. İnsan hekayələrini və bədii ifadəni əhatə edən tədbirdə inklüziv rəqs çıxışı, canlı audio-vizual performanslar, rəqs və eko-moda seminarları, moda nümayişi, panel müzakirələri və Kapellhausun bağında caz konserti təqdim olunub.

  • İki gün ərzində festival 500 sənətsevəri bir araya gətirdi
  • Festivalın müxtəlif tədbirlərində Azərbaycan, Gürcüstan və Ukraynadan 20-dən çox sənətkar iştirak etdi.

Festivala Goethe Zentrum Baku Kapellhausda ev sahibliyi edib.

Layihə Goethe-Institut (Aparıcı), Çex Mərkəzləri, Danimarka Mədəniyyət İnstitutu və Gürcüstandakı Fransa institutu tərəfindən həyata keçirilir.

Moda sənayesinin ətraf mühitə təsiri:

🔹 Hər il 100 milyard geyim istehsal olunur və bunun 92 milyon tonu tullantıya çevrilir;

🔹 Sürətli moda brendləri bu gün 2000-ci illə müqayisədə iki dəfə çox geyim istehsal edir;

🔹 Moda sənayesi qlobal çirkab suların 20%-ni və istixana qazı emissiyalarının 8%-ni yaradır, eyni zamanda çox böyük miqdarda təbii resurs sərf edir;

🔹 Son 15 ildə geyimlərin istifadə müddəti təxminən 36% azalıb. Zaman keçdikcə “bir dəfə geyin, at” vərdişi daha da güclənib. İndi isə bir çox geyim cəmi 7-10 dəfə geyinildikdən sonra kənara atılır.