
EU4Business: ŞT ölkələrindəki KOB-lar 2025-ci ildə Aİ-nin dəstəyi ilə əlavə 938,9 milyon avro gəlir əldə edib və 89 388 yeni iş yeri yaradıblar

Aİ tərəfindən maliyyələşdirilən EU4Business təşəbbüsü çərçivəsində ümumi regionda və hər bir ölkə üzrə keçən ilin əsas nəticələrinin ümumi icmalını əks etdirən Şərq Tərəfdaşlığı (ŞT) ölkələri üzrə “Vətəndaşların xülasəsi 2026” adlı hesabat dərc edilib.
2025-ci ildə “EU4Business” təşəbbüsü çərçivəsində Şərq Tərəfdaşlığı regionunda 76 378 KOB-a dəstək göstərilib. Bunun nəticəsində müəssisələr əlavə 938,9 milyon avro gəlir əldə edərək 89 388 yeni iş yeri yaradıb, dövriyyəni 11,7%, ixracı isə 11,8% artırıblar.
2025-ci ildə Azərbaycanda 8 156 KOB-a dəstək göstərilib. Bunun nəticəsində müəssisələr əlavə 29,3 milyon avro gəlir əldə edərək 11 416 yeni iş yeri yaradıb, dövriyyəni 12%, ixracı isə 10,4% artırıblar.
Avropa İttifaqının EU4Business təşəbbüsü Şərq Tərəfdaşlığı ölkələri olan Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynada Aİ-nin dəstəyindən faydalanan KOB-lara xidmət edir. Proqram KOB-ları maliyyə mənbələrinə çıxış imkanının yaxşılaşdırılması, biznes sahəsində normativ-hüquqi aktların təkmilləşdirilməsinin təşviqi, biznesə dəstək xidmətləri və ticarət üzrə imkanlar vasitəsilə dəstəkləyir.
Daha çox öyrənin
Vətəndaşların xülasəsi 2026: Şərq Tərəfdaşlığı
Vətəndaşların xülasəsi 2026: Azərbaycan
The post EU4Business: ŞT ölkələrindəki KOB-lar 2025-ci ildə Aİ-nin dəstəyi ilə əlavə 938,9 milyon avro gəlir əldə edib və 89 388 yeni iş yeri yaradıblar appeared first on EU NEIGHBOURS east.