Skip to main content

4 sentyabr tarixinədək 2023-cü il üzrə Aİ-nin maliyyələşdirdiyi təqaüd proqramları üçün müraciət edin

01/08/2023

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Proqramı Aİ tərəfindən maliyyələşdirilən təqaüd proqramları üçün ərizə qəbuluna başlayıb.

Təqaüdlər Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynada yaşadıqları icmalarda müsbət sosial dəyişikliklərə sadiq olduqlarını nümayiş etdirən vətəndaş cəmiyyəti fəalları və ya təşəbbüskar qadınlara dəstək vermək məqsədi daşıyır.

Ərizə qəbulu vətəndaş cəmiyyəti təşkilatlarının hesabatlılığının və onların vətəndaşlarla ünsiyyətinin təkmilləşdirilməsinə yönəlib. Bu, vətəndaş cəmiyyəti təşkilatlarının qabaqcıl monitorinqi və ya qiymətləndirilməsi üçün rəqəmsal həllərdən istifadə, vətəndaş cəmiyyəti təşkilatları ilə bağlı məlumatların toplanması və aşkarlanması və ya onlar üçün təkmilləşdirilmiş idarəçilik sistemlərinin qiymətləndirilməsi və təşviqi formasında ola bilər.

Seçilmiş namizədlər fərdi təlimlərə cəlb olunacaq və onlara layihələrinin həyata keçirilməsi üçün 5 000 avro vəsait veriləcək.

Bu müsabiqə iki növ təqaüd təklif edir: Ümumi təqaüdlər və Rəqəmsal təqaüdlər (xüsusi olaraq cəmiyyətə fayda vermək üçün texnologiyadan istifadə edən İT mütəxəssisləri üçün nəzərdə tutulub).

Müsabiqədə Şərq Tərəfdaşlığı ölkələrindən 18 yaşdan yuxarı ingilis dilini mükəmməl bilən bütün vətəndaşlar iştirak edə bilər.

Müraciət üçün son tarix 4 sentyabrdır.

Potensial ərizəçilər üçün 26 iyul tarixində məlumatlandırma xarakterli vebinar təşkil ediləcək. Proqram və ərizə qəbulu prosesi haqqında daha ətraflı öyrənmək üçün vebinarda iştirak üçün qeydiyyatdan keçin.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

2023-cü il üzrə Təqaüd Proqramı üçün Ərizə forması 

BAĞLANIŞ TARİXİ:

Sentyabr 4, 2023