ADA Universitetində “Enerji Səmərəliliyi və Davamlılıq Təlimi” keçirildi
28/10/2024
Avropa İttifaqı “Planetimiz naminə” kampaniyasını uğurla davam etdirir.
Avropa İttifaqı səfiri Peter Mixalko və ADA Universitetinin prorektoru, İnkişaf və Diplomatiya İnstitutunun direktoru Dr. Fariz İsmayılzadə 23-25 oktyabr tarixlərində ADA Universitetində təşkil olunan peşəkarlar üçün enerji səmərəliliyi və dayanıqlıq üzrə təşkil edilən üç günlük təlimin iştirakçılarını salamladılar. Təlim Avropa İttifaqı Nümayəndəliyi və ADA Universitetinin əməkdaşlığı əsasında Jean Monnet Modulu çərçivəsində təşkil olundu, ADA Universitetində Avropa İttifaqı məsələləri üzrə Bilik Mərkəzi tərəfindən həyata keçirildi. Yerli və beynəlxalq ekspertlər arasında Avropa eksperti, Dünya Bankının baş enerji mütəxəssisi Florian Kitt də əsas məruzəçi kimi çıxış edərək Avropa İttifaqının dəstəklədiyi AZTAF layihəsinin Azərbaycanın enerji səmərəliliyi sektoruna töhfəsini vurğuladı. Həmçinin Azərbaycanın bu il COP29-a ev sahibliyi etməsi kontekstində də xüsusi müzakirələr aparıldı.