Skip to main content

Dünya Elektron Parlament Konfransı 18 ildən sonra yenidən Avropa Parlamentində keçirilir

20/11/2026

Dünən və bu gün Brüsseldə, Avropa Parlamentində keçirilən 2026-cı il Dünya Elektron Parlament Konfransı parlament fəaliyyətində innovativ texnologiyaları müzakirə etmək üçün siyasi liderləri, yüksəkvəzifəli parlament əməkdaşlarını və İT mütəxəssislərini bir araya gətirir.

Dünya Elektron Parlament Konfransı Avropa Parlamenti və dünyanın 193 ölkəsindən Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna da daxil olmaqla 184 üzv parlamenti birləşdirən qlobal təşkilat — Parlamentlərarası İttifaq (PAİ) tərəfindən birgə təşkil olunur. 

Builki qlobal forumun mövzusu “Rəqəmsal transformasiya vasitəsilə demokratiyanın və parlamentlərin gücləndirilməsidir”. Dünyanın müxtəlif ölkələrindən olan parlament üzvləri və rəsmi şəxslər demokratik dayanıqlılığı və parlament proseslərini gücləndirən texnoloji nailiyyətləri müzakirə edirlər.

2026-cı il konfransı rəqəmsal cəmiyyətdə parlamentarilər, parlamentlərin rəqəmsal transformasiyası üçün strateji liderlik və parlamentlərarası əməkdaşlıq kimi üç əsas istiqamətə yönəlib.

Konfrans iştirakçıları həmçinin əlçatanlıq və süni intellekt idarəçiliyi sahəsində qabaqcıl təcrübələri müzakirə edir, rəqəmsal yetkinliyin müxtəlif səviyyələri üzrə təcrübə və həllərini bölüşür, eləcə də qlobal normaların irəlilədilməsində parlamentlərin rolu barədə fikir mübadiləsi aparırlar.

Daha çox öyrənin

Mətbuat üçün açıqlama

The post Dünya Elektron Parlament Konfransı 18 ildən sonra yenidən Avropa Parlamentində keçirilir appeared first on EU NEIGHBOURS east.