MƏSULİYYƏTDƏN İMTİNA
MƏSULİYYƏTDƏN İMTİNA
Avropa Komissiyası tərəfindən idarə olunan bu internet səhifəsinin məqsədi Avropa İttifaqı və Azərbaycan arasında əməkdaşlığa dair məlumatların ictimaiyyətə daha yaxşı çatdırılmasıdır.
Məqsədimiz bu məlumatların dəqiqliyini və operativliyini təmin etməkdir. Biz məlumatları əsasən açıq mənbələrdən, rəsmi yayım kanallarından və layihələrin gedişatı ilə bağlı yenilənən məlumatların monitorinqi vasitəsilə toplayırıq. Aİ tərəfindən maliyyələşdirilən hazırda davam edən və tamamlanmış layihələr haqqında məlumatlar birbaşa EUDIGITOOL məlumat bazasından göstərilir ki, burada məlumatlar layihə icraçıları tərəfindən bazaya əlavə edilir. Hər hansı səhvlər diqqətimizə çatdırılarsa, onları düzəltməyə çalışacağıq. Hər bir halda, Avropa İttifaqı bu internet səhifəsində mövcud olan məlumatlar ilə əlaqədar heç bir məsuliyyət və ya öhdəlik daşımır.
Bu məlumatlar ümumi xarakterə malikdir və hər hansı bir fərdi şəxsin və ya qurumun konkret vəziyyətindən bəhs etmək məqsədi daşımır. Səhifədəki məlumatlar hərtərəfli və tam olmaya bilər, onlar bəzən Avropa İttifaqının nəzarəti altında olmayan kənar internet səhifələri ilə bağlı ola bilər ki, Aİ həmin səhifələrdə verilmiş peşəkar və ya hüquqi məsləhətlərlə bağlı heç bir cavabdehlik və öhdəlik daşımır. Avropa İttifaqı bununla bağlı hər hansı məsuliyyət və həmin internet səhifələrində. Konkret məsələyə dair məsləhətə ehtiyacınız olarsa, müvafiq səriştəyə malik peşəkara müraciət etməlisiniz.
EU4Azerbaijan.eu internet səhifəsinin ziyarətçiləri hər hansı kənar internet səhifəsinin linkinə keçid etdikdə onlar EU4Azerbaijan.eu internet səhifəsini tərk edir və həmin internet səhifələrinin kuki, məxfilik və hüquqi siyasətlərini qəbul etməlidirlər. EU4Azerbaijan.eu internet səhifəsi ilə əlaqəli kənar internet səhifələrinin məlumatların qorunması və əlçatanlıq üzrə müvafiq tələblərə uyğunluğu Avropa İttifaqının nəzarəti xaricindədir və birbaşa həmin səhifələrin məsuliyyəti altındadır.
EU4Azerbaijan.eu internet səhifəsindən hər hansı konkret kənar internet səhifəsinə aparan linkin məqsədi EU4Azerbaijan.eu internet səhifəsində mövcud olan məlumatı daha geniş şəkildə təqdim etməkdir. Bu cür linklərin mövcudluğu, Avropa İttifaqının həmin səhifələri, oradakı məlumatları və ya həmin səhifələrin aid olduğu təşkilatları təsdiqlədiyi anlamına gəlmir. Xahiş edirik nəzərə alasınız ki, bu internet səhifəsində mövcud olan hər hansı sənədin rəsmi olaraq qəbul edilmiş mətni tam əks etdirməsinə zəmanət verilmir. Yalnız Avropa İttifaqının Rəsmi Jurnalında (çap versiyası və ya 1 iyul 2013-cü il tarixindən etibarən EUR-Lex internet səhifəsindəki elektron nəşri) dərc olunan sənədlər orijinaldır və hüquqi qüvvəyə malikdir.
Məqsədimiz texniki xətalar səbəbindən internet səhifəsində yarana biləcək mümkün xətaların qarşısını almaqdır. Ancaq internet səhifəmizdəki bəzi məlumatlar və ya müəyyən informasiya xətaların mümkün olduğu fayl və ya formatlarda yaradılmış və ya qurulmuş ola bilər. Belə olduqda xidmətimizdə fasilənin və ya bu cür xətaların olmayacağına dair zəmanət verə bilmərik. Avropa İttifaqı bu internet səhifəsinin və ya onunla əlaqəli kənar internet səhifələrinin istifadəsi nəticəsində yaranan bu cür problemlərə görə heç bir məsuliyyət daşımır.
Bu məsuliyyətdən imtina tətbiq olunan milli qanunvericilikdə göstərilən tələblərin pozulması baxımından Komissiyanın məsuliyyətini məhdudlaşdırmaq və ya bu qanunvericilik ilə istisna edilə bilməyən məsələlərə görə onun məsuliyyətini istisna etmək məqsədi daşımır.