Skip to main content

Dezinformasiyaya qarşı immunitetin yaradılması

31/01/2021

Bu gün peyvəndlər dünyanın sosial və iqtisadi həyatına mənfi təsir göstərmiş COVID-19 pandemiyasının yaratdığı problemlərin cavabıdır.

Peyvəndlər ictimai səhiyyədə ən böyük uğurlardan biridirÇiçək kimi xəstəliklər haqqında xəbər saytlarından deyil, məhz peyvəndlər sayəsində köklərinin kəsildiyi üçün tarix kitablarından oxuyuruq.

Lakin, pandemiya başlayandan peyvəndlər haqqında çox sayda səhv məlumat və açıq konspirasiya nəzəriyyələri mövcuddur. Əslində,”peyvənd qorxusu” bir müddətdir ki dövlət və qeyri-dövlət dezinformasiya aktyorları tərəfindən uğurla istifadə edilərək informasiya məkanında geniş yayılır.

2018-ci ildə Amerikanın İctimai Səhiyyə (Public Health) jurnalı 2013-cü ildən 2017-ci ilə kimi “Twitter”-də yerləşdirilmiş peyvənd haqqında məlumatların 93 faizindən çoxunun qərəzli hesablardan gəldiyini göstərən tədqiqatın nəticələrini dərc edib. Bəziləri Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən bədnam “trol fabriki” (troll factory) ilə əlaqəsi olan bu qərəzli hesablar narazılıq və qarışıqlıq yaymaq, peyvəndlərə qarşı ictimai güvəni sarsıtmaq üçün həm peyvənd leyhinə, həm də əleyhinə “Twitter”-də məlumatlar yaydılar.

Qlobal pandemiya Ümumdünya Səhiyyə Təşkilatının “infodemiya” adlandırdığı peyvənd əleyhinə dezinformasiyanın yayılmasına təkan verdi. Həqiqətən də, peyvəndlər və ümumiyyətlə, sağlamlıqla bağlı məsələlər hər cür dezinformasiya üçün əlverişli şərait yaradır. Bunlar bizi yeni məlumatlar (xüsusən yeni koronavirus haqqında az məlumata sahib oldoğumuz zamanlarda) axtarmağa təşviq edən olduqca mürəkkəb və eyni zamanda maraq, qorxu, narahatlıq və rahatsızlıq duyğularına səbəb ola bilən mövzulardır. Keçmiş tədqiqatlar göstərir ki, “yenilik” və duyğuların qarışımı yalanın həqiqətdən təxminən 6 dəfə daha sürətli yayılmasına kömək edir.

Bu səbəbdən xarici dövlətlər də daxil olmaqla bir çox dezinformasiya aktyoru peyvənd əleyhinə mesajları bu qədər cəlbedici hesab edir. Bunlar nifaq salmaq, qorxu və sosial qütbləşməni artırmaq və hər şeydən əvvəl səhiyyə və dövlət orqanlarına, elmə, mətbuata və onların bir-birinə olan inamı azaltmaq üçün köməkçi bir vasitə kimi istifadə edilə bilər.

Çox vaxt peyvəndlə əlaqəli dezinformasiya mesajları, onları daha inandırıcı edən və müəyyən edilmələrini çətinləşdirən “həqiqət nüvəsi” ətrafında qurulur. Məsələn, COVID-19 peyvəndi istehsalçılarından birini nüfuzdan salmaq üçün Rusiya dövləti tərəfindən idarə olunan KİV-lər həqiqətə müdaxilə etdilər, yəni peyvəndlərinin şimpanze virus vektoru ilə hazırlandığını iddia edib “meymun peyvəndi” olaraq adlandırdılar. Belə bir ləqəb yalnız peyvənd istehsalçısına istehza etməyi deyil, həm də peyvəndin təhlükəsizliyi və “təmizliyi” ilə bağlı qorxuları yaymağı hədəfləyir.

Nə edə bilərsiniz?

Peyvəndlər COVID-19 da daxil olmaqla viruslara qarşı immunitet yarada bildiyi kimi, biz də dezinformasiyaya qarşı da immunitet yarada bilərik. Bunu özümüz də edə bilərik. Tez-tez əl yuma kimi gigiyena, bizi COVID-19-dan qorumağa kömək edir. Eyni şəkildə, məlumat gigiyenası zərərli yanıltıcı məlumatların, xüsusən də sosial mediada yayılmasını ləngidə bilər.

Məlumat gigiyenasına əməl etmək üçün dayanın və onlayn məzmunu paylaşmadan və ya istifadə etmədən əvvəl düşünün. Özünüzdən soruşun:

  • Bu məzmun etibarlıdırmı? İki oğlanın buzlu sudan xilas etdikləri itin əslində canavar olduğu ortaya çıxan nadir hallar istisna olmaqla, xəbərlər tez-tez olduqca darıxdırıcıdır! Məzmun sizi narahat edirsə dayanın və yoxlayın: başqa biri bunu bildiribmi? Bunun doğru olduğunu necə bilirsiniz? Şəkillərdən, emojilərdən, başlıqlardan necə istifadə olunduğuna diqqət yetirin – Sizdə xüsusi bir duyğu oyatmağa çalışırlarmı? Və unutmayın ki, izləyicilərin çoxluğu sosial media hesabının etibarlı bir mənbə olması demək deyil!
  • Bu məlumatın müəllifi kimdir? Onların əvvəlki işlərindən birini tapa bilərsinizmi? Mötəbər jurnalis və mütəxəssislərin həmişə qeydi olduğu üçün bunu tapmaq asandır. Birinin sizin “Facebook” dostunuz olması müəyyən bir məsələdə onun mütəxəssis olmasl demek deyildir və əgər bir mütəxəssislə qarşılaşarsanız, müvafiq sahədə təcrübələrinin olduğundan əmin olun.
  • İddiaların mənbəyi nədir? Dezinformasiya aktyorları tez-tez mövcud olmayan saxta anonim “daxili” mənbələrə də toxunurlar (nunun ən yaxşı nümunəsi dırnaqarası Q-anon konspirasiyası). Əgər bu anonim mənbələr yoxlaması mümkün olmayan ümumi iddialar irəli sürürlərsə, xüsusilə diqqətli olun. “Hər şey əlaqəlidir”; “Heç nə göründüyü kimi deyil”; “Həqiqəti bilməyinizi istəmirlər”; “Gizli bir ardıcıllıq var” kimi ifadələr – dezinformasiya üçün ciddi qırmızı bayraqdır. Peyvəndərə gəldikdə isə, dezinformasiya aktyorları, peyvənd istehsalçılarına və jurnalistlərə olan inamı azaltmaq üçün tez-tez “Big Pharma” və “Mainstream media” kimi ifadələrdən istifadə edirlər.
  • Bu məlumatın mənbəyi etibarlıdırmı? Nüfuzlu peşəkar KİV/ media konspirasiya nəzəriyyələrinə müraciət etmir və mənsub olduqları yerlərdə, yəni,  məqalələrdə birtərəfli fikir bildirirlər. Nüfuzlu jurnalistika müəyyən edilmiş sənaye standartlarına uyğun fəaliyyət göstərir: bir məqalənin birdən çox mənbəyi olmalı və müəyyən bir məsələnin balanslı hesabını təqdim etmək üçün rəqib fikirləri təmsil etməlidir. Əgər şübhə edirsinizsə, mənbənin “Haqqımızda” və “Əlaqə” bölməsinə nəzər yetirin. Doğrudan da etibarlı bir xəbər agentliyidirsə, orada çalışan jurnalistlərin siyahısını, təşkilat və onun maliyyələşdirilməsi barədə şəffaf məlumatlar tapa bilərsiniz.

 

Hazır olun! Əldə elədiyiniz məlumatlardan əmin deyilsinizsə, Aİ-nin koronavirus pandemiyasına qarşı mübarizəsi barədə özünüzü məlumatlandırın. Ətraflı məlumat üçün oxuyun:

Fakt yoxlayanların dediklərini yoxlamaq həmişə faydalıdır. Aşağıda bəzi təkliflər verilir:

Və nəhayət, peyvəndlər də daxil olmaqla pro-Kreml dezinformasiyanın ən son nümunələrini görmək üçün “EuvsDisinfo”-nu yoxlayın.