Skip to main content
Photo: European Union

Dağlıq Qarabağ: Aİ döyüş əməliyyatlarından zərər çəkən mülki vətəndaşlara 3 milyon avro dəyərində əlavə yardım ayırır

19/02/2021

  • İnstitutlar və yaxşı idarəçiliyin gücləndirilməsi
  • İdarəçilik, qanunun aliliyi və insan hüquqları
  • Təhlükəsizlik, sərhədlərarası əməkdaşlıq və sərhədlərin mühafizəsi
  • Mobillik və insanlararası əlaqə
  • Miqrasiya və mobillik
  • Səhiyyə
  • Milli azlıqlar

Fevralın 18-də Avropa Komissiyası Dağlıq Qarabağ və onun ətrafındakı geniş miqyaslı hərbi əməliyyatların təsirinə ən çox məruz qalmış, eləcə də evlərindən didərgin düşən çoxlu sayda mülki şəxslərə humanitar yardımın göstərilməsi üçün 3 milyon avro ayırdığını elan edib. 

2020-ci ilin sentyabr ayından başlayan hərbi əməliyyatlardan əziyyət çəkən mülki şəxslərə humanitar yardımlar etmək məqsədilə bu günə qədər Aİ tərəfindən ümumilikdə 6,9 milyon avro səfərbər edilmişdir. Aİ həmçinin humanitar yardımların əlaqələndirilməsində iştirak edən humanitar tərəfdaşlarına və digər maraqlı tərəflərə dəstək verir.

Sonuncu yardım, Aİ-nin humanitar tərəfdaşlarına zərərçəkmiş əhaliyə qida, sığınacaq, mövsümi və digər zəruri vasitələrin çatdırılmasına, eləcə də əsas tibbi xidmətlərin və psixoloji dəstəyin təmin edilməsinə kömək edəcək.

“Hərbi əməliyyatlar dayandırıldıqdan sonra bölgədəki humanitar böhran ağır olaraq qalır və hazırda sərt qış və koronavirus pandemiyası səbəbindən daha da kəskinləşir”. Bunu Böhranların idarə edilməsi üzrə Komissiar Yanez Lenarçiç bildirib. Lenarçiçin sözlərinə görə, Aİ-nin ayırdığı yardım münaqişədən daha çox əziyyət çəkən insanlara son dərəcə vacib vasitələrin çatdırılmasına xidmət edəcək.

Ermənistan və Azərbaycan arasındakı son hərbi münaqişə altı həftə davam edərək itkilərə, dağıntılara və insanların yaşayış yerlərindən didərgin düşməsi ilə nəticələnib. Münaqişə səbəbindən yüz minlərlə insan evlərini tərk edərək daha təhlükəsiz ərazilərə yerləşməyə məcbur olub. Evlər və məktəblər, səhiyyə ocaqları, yollar, infrastruktur və kommunikasiya şəbəkələri kimi ictimai infrastruktur bərbad hala düşmüşdür. Avropa Komissiyasının mətbuat üçün açıqlamasında Beynəlxalq humanitar hüquq pozuntuları arasında mülki infrastrukturun hədəfə alınması və qadağan olunmuş klaster sursatlarından istifadə olunduğu deyilir.

Daha çox öyrən 

Mətbuat üçün açıqlama

Aİ-nin Ermənistan və Azərbaycana humanitar yardımı