Skip to main content
Photo: European Union

COVID-19: Aİ və ÜST Azərbaycanda infeksiyanın profilaktikası və nəzarət, epidemioloji müşahidə qabiliyyətinin artırılmasına dəstək göstərir

09/07/2021

  • İnstitutlar və yaxşı idarəçiliyin gücləndirilməsi
  • İdarəçilik, qanunun aliliyi və insan hüquqları
  • Mobillik və insanlararası əlaqə
  • Səhiyyə

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı Nümayəndəliyi Avropa İttifaqının maliyyələşdirdiyi Şərq Tərəfdaşlığı ölkələrində Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü və “COVID-19-a qarşı peyvəndləməyə dəstək” layihələri çərçivəsində səkkiz COVID-19 peyvənd məntəqəsində və beş ilkin səhiyyə müəssisəsində infeksiyanın profilaktikası və nəzarət üzrə vəziyyəti qiymətləndirib. 

ÜST-nin Səhiyyədə Fövqəladə Hallar Proqramının Cənubi Qafqaz üzrə Mərkəzi ilə birlikdə təşkil edilən qiymətləndirmə münaqişənin təsirinə məruz qalmış 5 rayonu (Bərdə, Ağdam, Füzuli, Tərtər və Ağcabədi), o cümlədən Abşeron rayonu və Sumqayıt şəhərini əhatə edib.

Məqsəd həmin məntəqələrdə peyvəndləmə işinin pasiyentlərə COVID-19 və ya digər infeksiya riski olmadan təhlükəsiz şəkildə həyata keçirilməsini təmin etməkdir. İlkin səhiyyə xidməti göstərən müəssisələrdəki qiymətləndirmə, mövcud fövqəladə vəziyyətlərdə istifadə edilə bilən ilkin səhiyyə xidməti üzrə milli bələdçinin hazırlanması üçün baza rolunu oynayacaq. 

Qiymətləndirmələr zamanı əl gigiyenasına dair maarifləndirici materiallar paylanılıb və tibb işçilərinə əl gigiyenası ilə bağlı ən son tövsiyələr verilib. Bundan başqa, ilkin səhiyyə xidməti və peyvəndləməyə cəlb olunan tibb işçiləri üçün açıq havada infeksiyanın profilaktikası və nəzarət prinsiplərinə dair təlimlər keçirilib və Bərdə, Tərtər və Ağdam rayonlarındakı Gigiyena və Epidemiologiya mərkəzlərində epidemioloji müşahidə, yoluxma hallarının araşdırılması və təmasın izlənməsi üzrə qiymətləndirmələr aparılıb. Müəssisələrdəki peyvənd anbarlarının lazımi temperaturda saxlanılması və peyvəndlərin təhlükəsiz şəkildə tədarük olunması da yoxlanılıb.

Daha çox öyrən

Mətbuat üçün açıqlama