19 dekabr tarixində Lənkəranda Avropa İttifaqının #EU4Lankaran proqramının yekun tədbiri keçirildi. Tədbir zamanı:
- Lənkəran-Astara iqtisadi regionunda həyata keçirilmiş iki layihənin nəticələri təqdim olundu;
- Meyvə-tərəvəz sektorunda kartof, çiyələk, alma, pomidor, limon və mandarin məhsulları üzrə yaradılmış yeddi yeni brendə start verildi;
- www.region-lankaran.az veb-saytı istifadəyə verildi;
- Fəal iştirakçılar sertifikatlarla təltif olundu və fermerlərə iri və kiçik həcmli istehsal avadanlıqları verildi.
#EU4Lankaran proqramında əldə edilmiş nəticələr arasında aşağıdakılar da vardır:
* 15 kiçik və orta miqyaslı birgə təşəbbüsün yaradılmasına dəstək göstərilib;
* 2500+ şəxs məsləhətləşmələrdən, görüşlərdən, təlimlərdən və təsərrüfat səfərlərindən faydalanıb;
* Agrinnovation üzrə Ideathon qaliblərinə 59,739.62 Avro dəyərində texniki yardım göstərilib;
* İtaliya, Xorvatiya və Türkiyəyə tədris səfərləri təşkil edilib;
* 6,128 fermer və 21 emalçının məlumat bazası yaradılıb;
* 28 birgə təşəbbüsə 3,046,117.80 Avro dəyərində texniki yardım ayrılıb.