Brüsseldə Aİ-Azərbaycan danışıqları keçirilib: “İkitərəfli saziş və tərəfdaşlıq prioritetləri üzrə əhəmiyyətli irəliləyiş əldə olunub”
24/04/2026
Aprelin 16-da Brüsseldə Avropa İttifaqı və Azərbaycan arasında danışıqlar aparılıb.
Görüşə Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) Şərqi Avropa və Mərkəzi Asiya üzrə icraçı direktorunun müavini Audrone Perkauskiene və Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev həmsədrlik ediblər.
Aİ-nin Azərbaycandakı nümayəndəliyinin Facebook səhifəsində verilən məlumata görə, görüşdə “səmərəli və gələcəyə yönəlmiş müzakirələr” aparılıb.
“İkitərəfli saziş və tərəfdaşlıq prioritetləri üzrə əhəmiyyətli irəliləyiş əldə olunub”.
Tərəflər iyun ayında Bakıda yenidən bir araya gəlmək barədə qərar qəbul ediblər.