Skip to main content

Biomüxtəlifliyə diqqət yetirmək lazımdır!

11/08/2020

Qafqazın aqro-biomüxtəlifliyi, qorunub saxlanılmasa yox ola bilər. Avropa İttifaqın maliyyə dəstəyi ilə bu regional və qlobal böhranla mübarizə aparmaq üçün Slow Food COVCHEG layihəsini həyata keçirmək, ölkənin kənd təsərrüfatı və qida müxtəlifliyini xəritələşdirmək və tanıtmaq üçün çalışır.

Siz də məhsulları Dad Gəmisi Müsabiqəsi çərçivəsində bizə göndərərək öz töhfənizi verə bilərsiz!

Layihə, Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşir və Heyvanları Mühafizə Azərbaycan Cəmiyyəti (HMAC) və Azərbaycan Kənd Bələdiyyələri Milli Assosiasiyası (AKBMA) ilə birgə Slow Food tərəfindən həyata keçirilir. Layihənin pilot ərazisi Şəki-Zaqatala və Dağlıq-Şirvan iqtisadi regiona daxil olan 5 rayonu əhatə edir. Bunlar ŞamaxıİsmayıllıQəbələŞəki və Qax rayonlardır.

Bu ərazilərdə layihə iki əsas müdaxilə sektoru: kənd təsərrüfatı və qastronomik turizmin inkişafını nəzərdə tutur.  Sözü gedən tədbirlər identiklərin və yerli qastronomiyanın nüfuzunun artmasına, bioloji müxtəlifliyin və mədəni irsin qorunmasına və davamlı həyat tərzinin gücləndirilməsinə töhvə verəcəklər.  Bu, benefisiarların bilik və bacarıqlarının inkişafı ilə yanaşı, pilot regionlarında xüsusi ərzaq zəncirin yaradılmasında və turizm məhsulların və təcrübələrin yayılmasında nəticələnəcək. Bu model ölkə səviyyəsində təkrar istifadəsi nəzərdə tutulub. Aparılan tədbirlərin uzunmüddətli təsiri ölkənin təbii ehtiyatların və sosial mühitin vəziyyətinin yaxşılaşdırılmasında, işsizliyin və miqrasiyanın səviyyəsinin azaldmasında, habelə ərazilərin potensialının gücləndirməsində əks olunacaq.