Skip to main content
Photo: European Union

Azərbaycanda üç rayon Qlobal Əhəmiyyətli Aqrar İrs Sistemi kimi qeydiyyata alınır

12/02/2021

  • İqtisadi inkişaf və bazar imkanları
  • Kənd təsərrüfatı və kənd yerlərinin inkişafı

Azərbaycanın şimal qərbində yerləşən üç rayon – Zaqatala, Qax və Balakən rayonları EU4Business təşəbbüsünün “Azərbaycanın şimal-qərb bölgəsində dayanıqlı və inklüziv aqro-ərzaq sistemlərinin inkişaf etdirilməsi” layihəsi çərçivəsində Qlobal Əhəmiyyətli Aqrar İrs Sistemində (GIAHS) qeydiyyata alınacaq. Sözügedən layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən həyata keçirilir.

GIAHS kənd təsərrüfatında biomüxtəlifliyi, dayanıqlı ekosistemləri və dəyərli mədəni irsi birləşdirən estetik yerlərdir. Ənənəvi kənd təsərrüfatı təcrübələri sayəsində bu iqlimə davamlı ərazilərdə aqrar bioloji müxtəlifliyi qoruyan davamlı ekosistemlər formalaşıb. GIAHS ərazisi kimi qeydiyyata alınma regionun mövcud və gələcək ərzaq təhlükəsizliyi, əhalinin dolanışığının təmin edilməsi, eləcə də digər iqtisadi və ekoloji məhsul və xidmətlərin inkişafı üçün böyük əhəmiyyətə malikdir.

Layihə çərçivəsində 22 ölkədən 62 GIAHS ərazisi şəbəkəsinə qatılacaq Azərbaycan rayonlarında kənd təsərrüfatı sahəsində kiçik sahibkarlığı dəstəkləyən və regionda yoxsulluğun aradan qaldırılmasına kömək edən dəyər zəncirləri yaradılacaq. Eyni zamanda layihə regionun kənd təsərrüfatı turizm potensialını inkişaf etdirəcək, bütün ölkəni xarici turistlərə tanıtdıracaq. 

Daha çox öyrən

Mətbuat üçün açıqlama

Azərbaycanda icra olunan EU4Business layihələr