Skip to main content
Photo: European Union

Azərbaycanda Avropa Film Festivalı keçirilir

18/06/2021

  • Mobillik və insanlararası əlaqə
  • Mədəniyyət

İyun ayının 14-dən 29-na qədər Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Azərbaycanda Avropa Film Festivalı keçirir. 

Festivalda Rumıniya, Finlandiya, Almaniya, Macarıstan, Fransa, İspaniya, Lüksemburq, Yunanıstan, Latviya, Litva, Belçika, Çex Respublikası və Polşada çəkilən on film nümayiş olunacaq.

Azərbaycanlı tamaşaçılar iki sənədli filmə, iki komediya və altı drama janrında çəkilmiş filmə pulsuz baxa biləcəklər.

Filmlər İngilis, Rus və bəziləri Azərbaycan dilində olan altyazılarla birgə orijinal dillərində nümayiş olunacaq. Hər bir film üzrə tamaşaçı sayı maksimum 400-dır. Filmlərə Azərbaycandan kənarda baxmaq mümkün deyil.

Tamaşaçılar həmçinin iyunun 17-də nümayiş olaunacaq “Pis şeirlər” filminin Macarıstanlı rejissoru Qabor Reisz ilə Zoom vasitəsilə görüşmək imkanına malik olacaqlar.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

Festival haqqında daha ətraflı məlumat öyrənmək üçün Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin Facebook səhifəsini izləyin.