Skip to main content
Photo: European Union

Azərbaycan: gender bərabərliyi və gender əsaslı zorakılığa qarşı mübarizə diqqət mərkəzində

26/02/2021

  • Kəsişən sahələr
  • Gender məsələləri
  • İnstitutlar və yaxşı idarəçiliyin gücləndirilməsi
  • İdarəçilik, qanunun aliliyi və insan hüquqları

2021-ci il fevralın 17-də Aİ-nin maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda İstanbul Konvensiyası və digər gender bərabərliyi standartları barədə məlumatlılığın artırılmasılayihəsinin idarə heyətinin ilk iclası keçirilib.  

Layihənin idarə heyətinə Azərbaycanın müvafiq dövlət qurumları və Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi daxildir və məqsədi Azərbaycanın ehtiyaclarını qarşılamaq üçün layihə çərçivəsində görülən işlərin həyata keçirilməsinə rəhbərlik etməkdir.

İclas zamanı layihənin rəhbərliyi görülən işlər haqqında məlumat verərək sosial media vasitəsilə məlumatlılığı artırmağa yönəlmiş səylərə diqqət çəkib. Təqdimatlardan sonra, tərəfdaşlar layihənin Azərbaycanda qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması səylərinə necə töhfə verə biləcəyi barədə fikir mübadiləsi aparıblar.

Azərbaycanda İstanbul Konvensiyası və digər gender bərabərliyi standartları barədə məlumatlılığın artırılması” Avropa İttifaqı və Avropa Şurası tərəfindən birgə həyata keçirilən layihədir və Şərq Tərəfdaşlığı ölkələrində Aİ tərəfindən maliyyələşdirilən Səmərəli idarəçilik üzrə tərəfdaşlıq adlı proqram çərçivəsində icra olunmaqdadır. Digər məqsədlərlə yanaşı, layihə çərçivəsində Azərbaycan hökumətinin İstanbul Konvensiyasını imzalaması və ratifikasiyasına dəstək verilir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama