Azərbaycan: EU4Environment proqramı onlayn kurslar təşkil edəcək
14/05/2021
İqtisadi inkişaf və bazar imkanları
İqtisadiyyat və ticarət
Əlaqə, enerji səmərəliliyi, ətraf mühit və iqlim dəyişikliyi
Enerji və enerji səmərəliliyi
Ətraf mühit və iqlim dəyişikliyi
Mobillik və insanlararası əlaqə
Təhsil və peşə təlimi
“Yaşıl iqtisadiyyatın əsaslarına” dair onlayn kurs Azərbaycanda Aİ tərəfindən maliyyələşdirilən EU4Environment proqramı tərəfindən təşkil olunur.
Layihəni BMT-nin Ətraf Mühit Proqramı (UNEP) BMT-nin Təlim və Tədqiqat İnstitutu (UNITAR) ilə birgə həyata keçirir.
10 saatdan ibarət kursu sərbəst qrafik üzrə bitirmək olar. İştirak pulsuzdur. Kursu bitirən şəxslərə sertifikat veriləcək.
Proqrama bütün səviyyələrdə inklüziv yaşıl iqtisadiyyatın inkişafına dair əsas konsepsiyalar, siyasət alətləri və beynəlxalq normativ-hüquqi aktlar daxildir. Qanunvericilər, müəssisələr və geniş ictimaiyyət nümayəndələri kursda iştirak edə bilər.