Azərbaycan: “Aqrar məsləhət xidmətlərinin gücləndirilməsi” layihəsinin Qubada regional ofisi açılacaq
- İqtisadi inkişaf və bazar imkanları
- Kənd təsərrüfatı və kənd yerlərinin inkişafı
- İnstitutlar və yaxşı idarəçiliyin gücləndirilməsi
- İdarəçilik, qanunun aliliyi və insan hüquqları
Yaxın günlərdə Avropa İttifaqının maliyyələşdirdiyi “Aqrar məsləhət xidmətlərinin gücləndirilməsi” layihəsinin Qubada regional ofisi açılacaq.
Bu ofisdə Azərbaycanda aqrar məsləhət xidmətlərinin inkişafı üçün hazırlanmaqda olan beş illik strategiyanın və aqrar məsləhət xidmətləri üzrə hazırlanmış yeni modelin uyğunluğu sınaqdan keçiriləcək.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) həyata keçirdiyi “Aqrar məsləhət xidmətlərinin gücləndirilməsi” layihəsi çərçivəsində iki pilot regionda – Gəncə və Quba regionlarında bu strategiyaya uyğun üç illik planlar hazırlayıb icra etmək nəzərdə tutulub.
Layihənin regional fəaliyyəti Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən rayonlarını əhatə edəcək. Region iqtisadiyyatında üstünlük təşkil edən aqrar sahə istiqamətlərindən, fermerlərin məşğulluğundan asılı olaraq aqrar məsləhət xidmətlərindən istifadə mexanizmi təqdim ediləcək.
Bu yeni model dövlət büdcəsindən əlavə xərclər tələb etmir və həm dövlət, həm də özəl aqrar məsləhət xidməti təminatçılarını fermerə məsləhət xidməti göstərmək üçün bir araya gətirir. Modeldə bütün tərəflərin innovasiya və yeniliklər əldə edə biləcəyi məlumat bazası da nəzərdə tutulub.
Daha çox öyrən