Skip to main content
Photo: European Union

Azərbaycan: Aİ-nin “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” çərçivəsində COVID-19 virusu ilə mübarizə aparan tibb işçiləri üçün vebinarlar keçirilir

15/01/2021

  • Mobillik və insanlararası əlaqə
  • Səhiyyə

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və ÜST-nin Azərbaycandakı Nümayəndəliyi tərəfindən həyata keçirilən “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” koronavirus xəstələrinə qulluğun tibbi və psixoloji cəhətlərinə dair iki onlayn vebinar keçirib. 

İlk belə tədbir yanvarın 9-da baş tutub. “COVID-19 kontekstində yetkinlərdə anafilaktik şokun müalicəsi və geniş reanimasiya tədbirləri” mövzusunda keçirilən vebinar zamanı Ege Universitetinin Tibb Fakültəsinin (Türkiyə) mütəxəssisləri Kubilay Demirağ və Mehmet Uyar bu sahədəki son yenilikləri 200-dən çox azərbaycanlı həmkarları ilə bölüşüblər. 

“Xəstələr və insanlar ilə COVID-19 haqqında söbhətlər” mövzusunda baş tutan ikinci vebinar ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı və həmin təşkilatın Avropa üzrə regional nümayəndəliyinin eksperti Olha İjık tərəfindən təqdim olunub. Yanvarın 11-də keçirilən tədbirdə 150-dən artıq tibb işçisi iştirak edib. 

Hər iki vebinar ÜST-nin Azərbaycandakı Nümayəndəliyi və TƏBİB dövlət agentliyi tərəfindən birgə təşkil edilib.

Sağlamlıq üçün Həmrəylik Təşəbbüs adlı layihə Avropanın COVID-19 pandemiyasına qarşı mübarizə tədbirlərinin bir hissəsidir. Layihə çərçivəsində Şərqi tərəfdaşlıq ölkələrinin virusa qarşı mübarizəsinə dəstək verilir və cəmiyyətdə koronavirusun ən çox təsir göstərdiyi insanların ehtiyaclarını qarşılamağa kömək edilir.

Daha çox öyrən

Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin Facebook səhifəsi

Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrində Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü