Skip to main content
Photo: European Union

Azərbaycanda "Horizon Europe" proqramına dair məlumatlandırma günü təşkil olunacaq

29/04/2021

  • Mobillik və insanlararası əlaqə
  • Gənclər
  • Təhsil və peşə təlimi
  • Tədqiqat və innovasiya

“Horizon Europe” proqramının Milli əlaqələndirmə mərkəzlərinin əlaqələndiricisi olan Azərbaycanın Milli Elmlər Akademiyası ilə birgə təşkil olunacaq tədbirə Azərbaycanın dövlət və özəl sektorunu təmsil edən tədqiqatçılar və digər maraqlı tərəflər dəvət olunur. Virtual formatda təşkil olunan tədbir 2021-ci il mayın 20-də keçiriləcək.

Məqsəd Azərbaycanın Aİ-nin “Horizon Europe” baza proqramında və Avropa Tədqiqatlar Zonasında müvəffəqiyyətli iştirakına dəstək verməkdir.

Tədbir iştirakçıları “Horizon Europe” proqramı, onun strukturu və mümkün maliyyələşdirmə imkanları haqqında ətraflı məlumat alacaqlar.

Tədbirdə sual-cavab sessiyası və müzakirələr də təşkil olunacaq. Bundan əlavə, sessiyalarda Mariya Skladovskaya-Küri (MSCA) adına təqaüd proqramı, Avropa Tədqiqatlar Şurasının (ERC) fəaliyyəti, 2-ci komponent çərçivəsində maliyyələşdirilən tədqiqat layihələri və beynəlxalq əməkdaşlıq kimi müxtəlif mövzular diqqət mərkəzində olacaq.  

Daha çox öyrən

Mətbuat üçün açıqlama

Qeydiyyat