Skip to main content
Photo: European Union

Azərbaycan: AYİB "Avrora" qida və içki istehsalı şirkətinə 25 milyon avro məbləğində kredit ayırıb

09/04/2021

  • Kəsişən sahələr
  • Gender məsələləri
  • İqtisadi inkişaf və bazar imkanları
  • İqtisadiyyat və ticarət
  • Məşğulluq və sahibkarlıq
  • Kənd təsərrüfatı və kənd yerlərinin inkişafı

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) “Avrora” MMC-yə 25 milyon avro kredit ayırıb. Bununla da Azərbaycanın aqrobiznes sektorunu möhkəmləndirir. “Avrora” MMC makaron, qənnadı məhsulları, qazlı sərinləşdirici içkilər və un məmulatlarının istehsalı sahəsində Azərbaycanın aparıcı şirkətlərindən biridir.

Kredit iki bərabər hissəyə bölünməklə Azərbaycan manatı ilə veriləcək. Onun ilk hissəsi yeni makaron istehsalı xəttinin maliyyələşdirilməsi üçün istifadə olunacaq. İkinci hissəsi isə biskvit istehsalı üçün avadanlıqların satın alınması üçün nəzərdə tutulub.

“Avrora” şirkəti AYİB ilə əməkdaşlıq çərçivəsində özünün texniki vəzifələrdə çalışan yeni və mövcud işçilərinin müvafiq bacarıqlarını inkişaf etdirməklə yanaşı, elektron ticarətlə bağlı yeni təlim proqramını işləyib hazırlayacaq. Eyni zamanda şirkət qadın və kişilərə bərabər imkanların yaradılmasını təmin etməyi planlaşdırır. Belə ki, “Avrora” şirkəti iş şəraitinin qadınlar və kişilər üçün bərabər qaydada uyğunlaşdırılmasını təmin etmək üçün özünün insan resurslarına dair siyasət və təcrübəsini də nəzərdən keçirəcək.

Qeyd edək ki, AYİB Azərbaycanda aparıcı institusional investorlardan biridir. Bank bügunədək ölkədə 174 layihəyə 3,1 milyard avro sərmayə yatıraraq 1000-dən çox şirkətə öz fəaliyyətlərini təkmilləşdirməyə və inkişaf etdirməyə köməklik göstərib.

Daha çox öyrən

Mətbuat üçün açıqlama