
Azərbaycan: “Avropa Dalğası” podkastının yeni buraxılışı Avropada təhsil və karyera imkanlarına həsr olunub

“Avropa Dalğası” podkastının son buraxılışının qonağı “Xaricdə Çörək” platformasının rəhbəri Səbuhi Ağayev olub. O, bu yaxınlarda Bakıda keçirilmiş “Avropada təhsil” (“Study in Europe”) sərgisi, xaricdə təhsil imkanları, həyat təcrübələri, karyera perspektivləri və xaricdə yaşayış məsələləri ilə bağlı fikirlərini bölüşüb.
Buraxılışın aparıcısı Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin Kommunikasiya üzrə koordinatoru Elnarə Tağıyeva olub.
10–11 oktyabr tarixlərində Bakıda keçirilən “Avropada təhsil” sərgisi Avropa İttifaqının 15 üzv dövlətindən 60-dan çox aparıcı universiteti və minlərlə ziyarətçini bir araya gətirib. Proqrama bakalavr və magistr dərəcələri, təqaüd imkanları və qəbul tələbləri haqqında ətraflı məlumat, o cümlədən universitet nümayəndələri ilə birbaşa görüşlər və Avropada təhsil barədə faydalı məlumatlar daxil idi. Sərgidə Aİ-nin Azərbaycandakı səfiri, Aİ-yə üzv dövlətlərin səfirləri və diplomatik korpusun digər nümayəndələri iştirak ediblər.
Daha çox öyrənin
Buraxılışa YouTube-da baxın
The post Azərbaycan: “Avropa Dalğası” podkastının yeni buraxılışı Avropada təhsil və karyera imkanlarına həsr olunub appeared first on EU NEIGHBOURS east.