
Azərbaycan: “Avropa Dalğası” podkastının yeni buraxılışı “Avropa təamları” festivalına həsr olunub

Aİ-nin Azərbaycandakı Nümayəndəliyi tərəfindən sentyabrın 26-da təqdim olunan “Avropa Dalğası” podkastının sonuncu buraxılışı “Avropa təamları” (Taste of Europe) kulinariya festivalına həsr edilib.
Podkastın qonağı “Azeri Home Chef” kulinariya icmasının təsisçisi və “Avropa təamları” festivalının təşkilatçısı – Fəxrəndə Həsənzadə bu layihənin necə ərsəyə gəlməsindən, eləcə də kulinariyanın mədəniyyətlər arasında necə əsl dostluq dilinə çevrilə biləcəyindən bəhs edir.
Festival oktyabrın 3-də Bakıda keçiriləcək. Tədbir Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi tərəfindən artıq dördüncü dəfədir təşkil olunur. Bu festival Avropa ölkələrinin milli mətbəxlərini, mədəniyyətini və ənənələrini kəşf etmək, yeni dadları sınamaq, ailə və dostlarla unudulmaz bir gün keçirmək üçün unikal imkandır. Tədbir çərçivəsində kulinariya üzrə ustad dərsləri, böyüklər arasında yemək bişirmə yarışı, uşaqlar üçün rəsm müsabiqəsi və bir çox başqa maralı fəaliyyətlər nəzərdə tutulub.
Müsahibəni Azərbaycandakı Gənc Avropa səfiri Fəxriyyə Süleymanova aparıb.
Gənc Avropa səfirləri (YEAs) təşəbbüsü dialoqu təşviq etmək və Aİ ilə əməkdaşlıq haqqında məlumatlılığı artırmaq üçün altı Şərq Tərəfdaşlığı ölkəsi, Avropa İttifaqı və Böyük Britaniyadan olan fəal gəncləri birləşdirən şəbəkədir.
Daha çox öyrənin
Buraxılışa YouTube-da baxın
The post Azərbaycan: “Avropa Dalğası” podkastının yeni buraxılışı “Avropa təamları” festivalına həsr olunub appeared first on EU NEIGHBOURS east.