Skip to main content

Azərbaycan: Aİ-nin maliyyələşdirdiyi Bələdiyyə sədrlərinin razılaşması təşəbbüsü Naxçıvandakı bələdiyyələrə imkanlarını nümayiş etdirib

18/02/2026

Fevralın 13-də Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən “Bələdiyyə sədrlərinin razılaşması – Şərq Tərəfdaşlığı” (CoM East) təşəbbüsü Naxçıvan Muxtar Respublikasında (NMR) adı çəkilən təşəbbüsə yerli iqlim və enerji fəaliyyəti üzrə qoşulmağı nəzərdən keçirən bələdiyyələr üçün mövcud imkanları nümayiş etdirmək məqsədilə maarifləndirici tədbir təşkil edib.

Tədbirdə təxminən 35 bələdiyyənin nümayəndəsi iştirak edib. Görüşün əsas məqsədi Bələdiyyə sədrlərinin razılaşması təşəbbüsünə qoşulmaq istəyən tərəflərə təşəbbüsə üzvlüyün təcrübədə nə demək olduğunu aydın şəkildə izah etmək idi.

Tədbirdə açılış nitqi ilə çıxış edən Aİ-nin Azərbaycandakı səfiri Mariyana Kuyundziç iqlim və enerji sahəsində konkret nəticələrin əldə olunmasında şəhərlərin rolunu vurğulayıb və bələdiyyələri təşəbbüsə qoşulmağa dəvət edib.

Daha çox öyrənin

Mətbuat üçün açıqlama

The post Azərbaycan: Aİ-nin maliyyələşdirdiyi Bələdiyyə sədrlərinin razılaşması təşəbbüsü Naxçıvandakı bələdiyyələrə imkanlarını nümayiş etdirib appeared first on EU NEIGHBOURS east.