Skip to main content
Aytəkin Sadıqovanın arıçılığı: ailə ənənəsinin davamı

Aytəkin Sadıqovanın arıçılığı: ailə ənənəsinin davamı

05/03/2019

  • Kəsişən sahələr
  • Vətəndaş cəmiyyəti
  • İqtisadi inkişaf və bazar imkanları
  • Məşğulluq və sahibkarlıq
  • Kənd təsərrüfatı və kənd yerlərinin inkişafı

Aytəkin Sadıqova – Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonundan olan məcbur köçkündür. Bu rayonda ənənəvi olaraq arıçılıq geniş inkişaf edib.

Aytəkin Sadıqova – Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonundan olan məcbur köçkündür. Bu rayonda ənənəvi olaraq arıçılıq geniş inkişaf edib.

Son 25 ildə Aytəkin ölkənin cənub-qərbində Biləsuvar rayonunda yaşayır.

Aytəkinin ailəsi hər zaman arıçılıqla məşğul olub. Buna görə də o, uşaqlıqdan böyüklərin arı pətəklərinə necə qulluq etdiklərinin, arıların qışa necə hazırlanmasının şahid olub.

2016-cı ildə rayonda kiçik biznesin inkişafına təkan verən Qadın Resurs və Dəstək Mərkəzinin açılışından xəbərdar olan Aytəkin Sadıqova ailə işini davam etdirmək qərarına gələrək, arıçılıqla bağlı biznes-planı təklif edir.

Mərkəzdə ona maliyyə dəstəyi göstərilməsilə yanaşı, mühasibatlığın əsasları, kiçik biznesin aparılması və arıçılığın xüsusiyyətləri ilə bağlı bir sıra treninqlər də təqdim edilib.

Mərkəz vətəndaş cəmiyyətinin rolunu artırmaq və gender bərabərliyini gücləndirmək üzrə layihə çərçivəsində fəaliyyət göstərib. Layihə 2016-2018 illərdə Avropa İttifaqının maliyyə dəstəyilə BMT-nin İnkişaf Proqramı və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə keçirilib.  

“Bu gün mənim 22 qutu arım var, bunların 10 ədədini layihənin dəstəyilə əldə etmişəm. Yerli arılarla yanaşı, İran, İtaliya və alman cinsindən olan arılar da saxlayırıq. Sonuncular yüksək məhsuldarlığı ilə məşhurdur”, – oğlu ilə arıçılıq sahəsində fəaliyyət göstərən Aytəkin deyir.

“Əgər əvvəllər hər qutudan 10 kiloqram bal əldə edirdiksə, daha sonra bu həcm 15 kiloqrama qədər yüksəldi. Şirinləşdirici vasitələrdən istifadə etmirik, yalnız təbii məhsul istehsal edirik. Buna görə də çox bal əldə etmirik. Lakin yenə də kəmiyyətə deyil, keyfiyyətə üstünlük veririk”, – deyə o, sözlərinə əlavə etdi.

Ötən il ailə layihə hesabına əldə edilən 10 qutudan ümumilikdə 100-150 kiloqram bal alıb. Qazanılan pul istehsalatı saxlamağa, eləcə də evdə uzun müddətdir gözlənilən təmir işlərinə sərf edilib. Yeni məhsul yığımı mayda gözlənilir.

Aytəkindən nəinki kəndlilər, hətta paytaxtda yaşayan və işləyən qızı vasitəsilə şəhər sakinləri də bal alır. Ailə arıçılığın uğurlu davamı və inkişafı ilə bağlı yenilikləri də hər zaman izləyir.

“Kənd təsərrüfatı ilə məşğul olsan ac qalmazsan. Lakin işə canla-başla yanaşaraq, bütün norma və texnikaya riayət etməli, başqalarının təcrübələrini öyrənmək lazımdır”, – o deyir.

Aytəkinin həyatı ağır keçib, lakin buna baxmayaraq onun yüksək iradəsi və parlaq gələcəyə can atması ətrafındakı minlərlə qadına örnək sayıla bilər. Aytəkinin üçün ən vacib məqam övladları və nəvələrinin yaxşı təhsil almasıdır.

Yelena Ostapenko

Article published by 1news.az in Azerbaijani and Russian.