Skip to main content
Photo: European Union

AYİB və Çirkli Pulların Yuyulmasına Qarşı Sertifikatlaşdırılmış Mütəxəssislər Assosiasiyası arasında əməkdaşlıq davam edir

25/06/2021

  • İqtisadi inkişaf və bazar imkanları
  • İqtisadiyyat və ticarət
  • İnstitutlar və yaxşı idarəçiliyin gücləndirilməsi
  • İdarəçilik, qanunun aliliyi və insan hüquqları

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Çirkli Pulların Yuyulmasına Qarşı Sertifikatlaşdırılmış Mütəxəssislər Assosiasiyası (ACAMS) Şərqi Avropa, Qafqaz və Orta Asiyada maliyyə cinayətləri ilə mübarizədə tələb və standartlara riayət olunmasına nəzarət edən mütəxəssislər üçün ACAMS Avrasiya bölməsini istifadəyə verib.

Bu bölmə Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna daxil olmaqla bir sıra ölkələrdən olan tərəfdaşlar üçün şəbəkələrin qurulması, əməkdaşlıq təşəbbüsləri, təlimlər və regional risklər və tənzimləyici məsələlərin həlli üçün bilik və qabaqcıl təcrübələrin paylaşılması üçün platforma rolunu oynayacaq.

Yeni təşəbbüs, sözügedən iki qurum arasında imzalanan razılaşmaya əsaslanır. Razılaşmada AYİB-in tərəfdaş maliyyə qurumları əməkdaşlarının çirkli pulların yuyulması, terrorçuluğun maliyyələşdirilməsi, sanksiyalardan yayınma, saxtakarlıq və digər maliyyə cinayətlərinə qarşı mübarizə strategiyasına dair təlimatlandırılması nəzərdə tutulur.

Bu günə qədər Ukrayna, Gürcüstan və Moldovada 70 mütəxəssis, maliyyə cinayətlərinin qarşısının alınmasında qlobal etalon hesab olunan Çirkli Pulların Yuyulmasına Qarşı Sertifikatlaşdırılmış Mütəxəssis (CAMS) sertifikatı almaq üçün təqaüdlə təmin edilmişdir. AYİB-in təmin etdiyi təqaüdlər Aİ tərəfindən maliyyələşdirilir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

Çirkli Pulların Yuyulmasına Qarşı Sertifikatlaşdırılmış Mütəxəssislər Assosiasiyası