AYİB və Aİ Azərbaycanda fəaliyyət göstərən pizza restaranlar şəbəkəsinə böyüməyə və satışları artırmağa kömək edib
- İqtisadi inkişaf və bazar imkanları
- Məşğulluq və sahibkarlıq
EU4Business təşəbbüsü çərçivəsində Avropa İttifaqının maliyyə dəstəyi ilə AYİB-in məsləhət proqramı Azərbaycanda fəaliyyət göstərən Pizza Mizza adlı yerli pizza restaranlar şəbəkəsinə tanınmağa və müştərilərin rəğbətini qazanmağa kömək edib. Şirkət satışlarını əhəmiyyətli dərəcədə artırıb və işçi heyətini genişləndirib.
Pizza Mizza-nın ilk restoranı 2014-cü ildə açılıb və şirkət hər il filiallarını və işçilərini artırmaqda davam edib. Ancaq şirkətin rəhbərliyi şəbəkənin böyüməsi üçün hərtərəfli konsepsiya və davamlı çatdırılmanın tələb olunduğunu anlayıb.
Bu zərurət Pizza Mizza-nın kömək üçün AYİB-in biznes məsləhət proqramına müraciət etməsinə səbəb olub və Aİ-nin maliyyələşdirdiyi məsləhətçilər şirkətə optimal marketinq strategiyasını müəyyənləşdirməyə kömək ediblər. Müştərilərin seçimləri və rəqabət mənzərəsinin təhlili şirkətin sahiblərini Pizza Mizza-nın əvvəlki konsepsiyasını yenidən nəzərdən keçirməyə və müştərilərinə fərqli bir yanaşma tətbiq etməyə vadar edib.
Layihə başa çatdıqdan sonra sifarişlər, dövriyyə və işçi sayı müvafiq olaraq 30, 50 və 82 faiz artmışdır. Pandemiya dövründə, Pizza Mizza ölkədə ən sürətli böyüyən şəbəkələrdən birinə çevrilib və müvafiq olaraq endirim kampaniyaları və 7/24 təmənnasız çatdırılma xidməti göstərməyə başlayıb. Şirkət hətta daha bir filial açmağı bacarıb.
Bu günə qədər 300-dən çox kiçik və orta ölçülü şirkət Aİ-nin Azərbaycandakı maliyyə dəstəyi ilə AYİB-in Kiçik Biznes Subyektləri üçün Məsləhət proqramından faydalanıb.
Daha çox öyrən