Skip to main content
Photo: European Union

Avropa İttifaqı Azərbaycanda İstanbul Konvensiyası ilə bağlı məlumatlılığı artıracaq

26/03/2021

  • Kəsişən sahələr
  • Gender məsələləri

Bu həftə Azərbaycanda Avropa Şurasının qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və onlarla mübarizə haqqında Konvensiyasının (İstanbul Konvensiyası) konkret maddələrinə həsr olunmuş silsilə vebinarlardan birincisi keçirilib.

Məqsəd Azərbaycanın sözügedən İstanbul Konvensiyanı qəbul etməsinə dair milli səviyyədə keçirilən debatlara töhfə vermək və həmin konvensiya haqqında məlumatlılığı artırmaqdır.

İlk vebinar martın 18-də keçirilib və qadınlara qarşı zorakılığın qarşısının alınmasında dövlətin ümumi öhdəliklərinə həsr olunub.

Vebinarda vətəndaş cəmiyyəti və dövlət orqanlarının nümayəndələri, tələbələr, jurnalistlər, sosial işçilər, hüquqşünaslar, səhiyyə işçiləri, müəllimlər və digərləri iştirak ediblər. İştirakçılar qadınlara qarşı zorakılıq hallarının müəyyənləşdirilməsi, yerli səviyyədə tədbirlərin görülməsi və ya qadınlara qarşı zorakılığın ictimai əhəmiyyət kəsb edən məsələ kimi qəbul edilməsi üçün lazımi addımların atılması kimi vacib məsələləri müzakirə ediblər.

Növbəti vebinarlarda qadınlara qarşı zorakılıq haqqında məlumatlılığın artırılması (maddə 13), məişət və cinsi zorakılıq tətbiq edən şəxslər üçün proqramlar (maddə 16) və məişət zorakılığı vəziyyətində təcili məhkəmə qərarları (maddə 52) diqqət mərkəzində olacaq.

Bu vebinarlar, Avropa İttifaqı və Avropa Şurası tərəfindən maliyyələşdirilən və Səmərəli idarəçilik üzrə tərəfdaşlıq (2019-2021) proqramı çərçivəsində Avropa Şurası tərəfindən həyata keçirilən “Azərbaycanda İstanbul Konvensiyası və digər gender bərabərliyi standartları barədə məlumatlılığın artırılması” layihəsi çərçivəsində keçirilir. 

Daha çox öyrən

Mətbuat üçün açıqlama

Avropa Şurasının qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və onlarla mübarizə haqqında Konvensiyası (İstanbul Konvensiyası)