Avropa İttifaqı Azərbaycanı və Ermənistanı sərhədlərlə bağlı danışıqlara başlamağa çağırıb
- İnstitutlar və yaxşı idarəçiliyin gücləndirilməsi
- İdarəçilik, qanunun aliliyi və insan hüquqları
- Təhlükəsizlik, sərhədlərarası əməkdaşlıq və sərhədlərin mühafizəsi
Mayın 28-də Avropa İttifaqının Azərbaycan və Ermənistan sərhəddində baş verən son gərgin vəziyyət ilə bağlı açıqlama dərc edib.
Sözügedən qurum Azərbaycanı və Ermənistanı vəziyyəti daha da gərginləşdirməməyə və sərhəddəki vəziyyətin həlli üçün danışıqlara başlamağa çağırır.
Açıqlamada belə deyilir: “Ermənistanla Azərbaycan arasında sərhəddə baş verən son hadisələr təhlükəli və həyəcanvericidir. Gərginlik dərhal azaldılmalıdır. Bütün qüvvələr mayın 12-dən əvvəl tutduqları mövqelərə çəkilməli və hər iki tərəfin sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı danışıqlarda iştirakı vacibdir. Mümkün beynəlxalq müşahidə missiyasının yaradılması təklifləri daxil olmaqla gərginliyin azaldılmasına yönəlmiş bütün səyləri alqışlayırıq”.
Həmçinin qeyd olunur ki, Avropa İttifaqı sərhədlərin delimitasiyası və demarkasiyasında ekspert dəstəyi verməyə və yardım göstərməyə, o cümlədən Cənubi Qafqazda davamlı sülh və firavanlığa doğru irəliləmək üçün etimad yaratmaq üçün lazımi səyləri dəstəkləməyə hazırdır.
Daha çox öyrən