Skip to main content

Avropa İttifaqı və Ədliyyə Nazirliyi ilk mediatorları təltif etdi

23/09/2020

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası tərəfindən ilk 49 mediatorun sertifikatlaşdırılmasına dəstək göstərmişdir.

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Mübahisələrin Alternativ Həlli və əhaliyə hüquqi yardım göstərilməsi” layihəsi çərçivəsində mediasiya fəaliyyətinin təmin edilməsi ilə əlaqədar müvafiq tədbirlər görülməkdədir.

Mediatorların ilkin hazırlığı üzrə təlimlər cari ilin may-avqust aylarında, hər bir qrup üçün 52 saat müddətində keçirilmişdir. Təlimlərə cəlb edilən 60 nəfərdən 49 nəfər təlimləri uğurla başa vurmuş və müvafiq komissiya qarşısında imtahanı müvəffəqiyyətlə keçmişdir..

Tədbir zamanı Avropa İttifaqının Azərbaycan Respublikasındakı səfiri Kestutis Yankauskas və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov çıxış etmiş, gələcək mediatorlara fəaliyyətlərində uğurlar arzulamışdır. .

Növbəti addımlar olaraq, Avropa İttifaqının maliyyə dəstəyi ilə müraciət etmiş digər namizədlərin təlimlərə cəlb edilməsi, Respublikanın bütün regionlarında mediasiyanın inkişafının dəstəklənməsi və mediasiyanın təbliğatı nəzərdə tutulur.