
Avropa İttifaqı Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupu Ermənistan və Azərbaycana səfər edib

Avropa İttifaqı Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupunun (COEST) nümayəndələri Ermənistan və Azərbaycana işgüzar səfər həyata keçiriblər.
Sentyabrın 28-dən 30-dək COEST nümayəndələri Ermənistanda səfərdə olublar. Onlar burada Ermənistan və Aİ-nin maraqlı tərəfləri ilə görüşüblər, həmçinin Aİ tərəfindən maliyyələşdirilən layihələrlə tanış olublar.
Sentyabrın 30-dan oktyabrın 2-dək COEST nümayəndələri proqramlarını Azərbaycanda davam etdiriblər və rəsmi şəxslərlə görüşlər keçiriblər.
Səfər ikitərəfli və regional münasibətlər, eləcə də siyasi dialoqun və praktiki əməkdaşlığın daha da dərinləşdirilməsi ətrafında fikir mübadiləsi aparmağa imkan yaradıb.
Aİ-yə üzv dövlətlərin nümayəndələrindən, Avropa İttifaqı Şurasının Baş Katibliyinin, Avropa Xarici Fəaliyyət Xidmətinin və Avropa Komissiyasının nümayəndələrindən ibarət nümayəndə heyətinə COEST-in sədri Veronika Fridrişek başçılıq edib.
Daha çox öyrənin
The post Avropa İttifaqı Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupu Ermənistan və Azərbaycana səfər edib appeared first on EU NEIGHBOURS east.