Skip to main content

“Avropa İttifaqı -Azərbaycan Biznes Forum 2020-2022”yə həsr edilmiş onlayn konfrans keçirilib

23/09/2020

18 Sentyabr, 2020-ci il tarixində COWI Belçika tərəfindən İtaliya-Azərbaycan Ticarət Palatası (ITAZERCOM), Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası (CCIAF), “İnvestBaku” və AZPROMO ilə tərəfdaşlıq çərçivəsində Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi tərəfindən maliyyələşdirilən təşəbbüs “Aİ-Azərbaycan Biznes Forum 2020-2022”yə həsr edilmiş onlayn konfrans keçirilib. Veb-konfrans, bir çox hörmətli qonaqların – Aİ-nin Azərbaycandakı nümayəndəsi, səfir Zati-aliləri cənab Kestutis Yankauskas, İtaliya və Fransanın Azərbaycandakı səfirləri Zati-aliləri, cənab Auqusto Massari və Zati-aliləri, cənab Zakari Qross, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifəsini icra edən cənab Yusif Abdullayevin, həmçinin Avropadan və Azərbaycandan olan biznes nümayəndələrin iştirakı ilə baş tutub.

Görüş, Belçika COWI şirkətində Layihə Meneceri vəzifəsində çalışan xanım Natalya Andrea Cardona Gomez tərəfindən açılış nitqi ilə başladı. O natiqləri təqdim etdi və “Aİ-Azərbaycan Biznes Forumu 2020-2022” fəaliyyətləri haqqında məlumat verdi. Birinci hissə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin əməkdaşlıq şöbəsinin rəhbəri xanım Simona Qattinin moderatorluğu ilə keçirildi. İclasda, Səfirlər – cənab Jankauskas, cənab Gross və cənab Massari ilə görüş, Aİ-yə üzv dövlətləri arasındakı Aİ-Azərbaycan əməkdaşlığı və xüsusən də İtaliya-Azərbaycan və Fransa-Azərbaycan iqtisadi əlaqələri barədə məlumat mübadiləsinə imkan yaradıldı.

Cənab Jankauskas diqqətini xüsusən Biznes Forumun: Azərbaycanda biznes sektorunun yaxşılaşdırılmasına kömək etmək, Aİ ilə Azərbaycandan olan bizneslər arasında iqtisadi əməkdaşlığın inkişafına kömək etmək və Azərbaycanda biznes mühiti və investisiya imkanları barədə Aİ şirkətləri üçün məlumatlılığı və bilikləri gücləndirmək məqsədlərinə yönəltdi.

Cənab Jankauskas, Aİ-nin ölkə ilə “yaşıl” iqtisadiyyat, habelə informasiya texnologiyaları sahələrində əməkdaşlığını inkişaf etdirməyə davam etməyə çalışdığını da qeyd etdi.

“Azərbaycanla əməkdaşlıq edən Aİ-yə üzv dövlətlər, ölkədə layihələr həyata keçirtmək istəyən digər hamı üçün də perspektiv açır” dedi.

AZPROMO prezidenti vəzifəsini icra edən cənab Abdullayev investorlar üçün proqramlardan və Aİ şirkətləri üçün investisiya imkanlarından danışıb.

Xanım Natalia Cardona tərəfindən idarə olunan veb-konfransın ikinci hissəsində, biznes forumunun texniki xüsusiyyətləri və layihənin əsas nəticəsi olan Biznes mühiti hesabatı müzakirə edildi.

Layihə Qrupunun Rəhbəri xanım Boqdana Efe, iştirakçıları “Aİ Biznes Mühiti Hesabatı Azərbaycan” haqqında və onun ölkədə fəaliyyət göstərən Aİ şirkətlərinin əsas problemlərinin əks etdirməsi, iqtisadi islahatların gedişatını izləyib və yerli iş mühitinin daha da yaxşılaşdırılması üçün prioritetləri müəyyənləşdirməsi barədə məlumatlandırmaq  üçün təqdimat paylaşdı.

2015-ci ildən bəri Aİ tərəfindən maliyyələşdirilən “Aİ-Azərbaycan Biznes Forumu” layihəsi çərçivəsində həyata keçirilən illik  müstəqil tədqiqatın “Aİ Biznes Mühiti Hesabatı Azərbaycan”-nın bir hissəsi olan Sorğunun da fəaliyyətə başlamasını qeyd etdi. Bu ilki sorğu COVID-19-un qaçılmaz aspektlərini və Azərbaycandakı biznes mühitə təsirini əhatə edəcəkdir.

“Aİ-Azərbaycan Biznes Forumu 2020-2022”-nin icraçı tərəfdaşlarından biri olan İnvestBaku şirkətinin nümayəndəsi və layihənin Aparıcı Mütəxəssisi olan cənab Cavid Mustafayev növbəti il baş tutması gözlənilən olan “Biznes Forum” və “Bakıdan Kənara Sektor-Spesifik Biznes Səfərlər” haqqında veb konfrans iştirakçılarına məlumat verdi.

ITAZERCOM prezidenti xanım Manuela Traldi, Palataların ikitərəfli iqtisadi əlaqədəki rolu və ölkələr arasında artan ticarət marağdan bəhs etdi.

CCIAF-nin İdarəedici direktoru xanım Zibar Hüseynova iştirakçılara CCIAF və onun əsas məqsədlərindən biri olan Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında qarşılıqlı iqtisadi və dostluq əlaqələrini inkişaf etdirmək barədə məlumat verdi.

Veb-konfransda Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəsmiləri, Azərbaycan hökumətinin, Aİ Ticarət Palatalarının, Avropa və Azərbaycandan olan şirkət və media nümayəndələri də iştirak etdilər.