
Avropa İttifaqı Aİ-yə üzv olmayan ölkələrin işaxtaranları üçün vahid kadr ehtiyatı platforması yaradır

Martın 30-da Avropa İttifaqı Şurası Aİ-yə üzv olmayan ölkələrin işaxtaranları ilə ittifaq daxilindəki işəgötürənləri əlaqələndirəcək yeni platformanın — Aİ kadr ehtiyatı bazasının yaradılmasını nəzərdə tutan reqlamenti təsdiqləyib.
Sözügedən rəqəmsal platforma Aİ hüdudlarından kənarda yaşayan və müvafiq ixtisasa malik işaxtaranların profilləri ilə mövcud vakansiyaları uyğunlaşdıracaq. Bu, Aİ-yə üzv dövlətlərdə işçi qüvvəsinin çatışmadığı sektorlarda beynəlxalq işə qəbul prosesini asanlaşdıracaq.
Platforma işaxtaranlara işə qəbul prosesi haqqında aydın məlumatlar təqdim edəcək, eləcə də namizədləri hüquqları, xüsusilə də ədalətli seçim və layiqli əmək şəraiti barədə məlumatlandıracaq. Reqlamentə həmçinin əməyin istismarının qarşısını almaq üçün təhlükəsizlik mexanizmləri daxil edilib.
Aİ kadr ehtiyatı bazası vasitəsilə iş təklifi alan şəxslər yaşayış və iş icazəsi almaq üçün milli immiqrasiya prosedurlarından keçməli olacaqlar. Platformada bu prosedurlar və yerinə yetirilməli olan şərtlər haqqında ətraflı məlumat veriləcək.
Kadr ehtiyatı bazasında iştirak üzv dövlətlər üçün könüllüdür.
Avropa Komissiyası artıq platformanın hazırlanmasına başlayıb və onun 2027-ci ilə qədər tam fəaliyyətə başlaması gözlənilir.
Daha çox öyrənin
The post Avropa İttifaqı Aİ-yə üzv olmayan ölkələrin işaxtaranları üçün vahid kadr ehtiyatı platforması yaradır appeared first on EU NEIGHBOURS east.