Skip to main content

Avropa Həmrəylik Korpusu: Almaniyanın Potsdam şəhərindəki uşaq bağçasında uzunmüddətli könüllülük

04/09/2026

Avropa Həmrəylik Korpusu 2027-ci il yanvarın 6-dan noyabrın 12-dək Almaniyanın Potsdam şəhərində yerləşən “Wasserläufer” uşaq bağçasında fəaliyyət göstərən komandaya qoşulacaq könüllü axtarır.

Azərbaycan, Ermənistan, və Ukraynadan olan gənclər müraciət edə bilərlər.

Könüllü gündəlik fəaliyyətlərdə pedaqoqlara dəstək verməklə “hərəkətə və sağlamlığa yönəlmiş” təhsil metodu ilə yaxından tanış olacaq.  O, idman və hərəkətli məşğələlərdə tərbiyəçilərə kömək edəcək, uşaqlarla ünsiyyət quracaq və onları sağlam həyat tərzinə həvəsləndirəcək. Bundan əlavə, könüllünün öz mədəniyyət və ya dil layihələrini təşkil etmək imkanı olacaq. 

Seçilən namizəd Potsdamda Avropa Həmrəylik Korpusunun könüllüləri üçün nəzərdə tutulmuş dörd yaşayış evindən birində qalacaq.  Hər bir könüllü fərdi otaqla təmin olunacaq. Layihə müddətində bütün zəruri yaşayış şəraiti yaradılır. 

Könüllü Almaniya daxilində ictimai nəqliyyatdan istifadə etmək üçün aylıq gediş kartı (Deutschlandticket) və həmçinin velosipedlə təmin olunacaq.

Təşkilatçılar hər ay qidalanma üçün 345 avro, cibxərci üçün isə 217 avro məbləğində müavinət ayırırlar.  Onlar həmçinin könüllülərin alman dili səviyyəsinə uyğun olaraq 250 avroyadək xərci ödənilən dil kurslarında iştirakına şərait yaradırlar. 

Müraciət üçün son tarix 30 sentyabrdır.

Daha çox öyrənin

Mətbuat üçün açıqlama

The post Avropa Həmrəylik Korpusu: Almaniyanın Potsdam şəhərindəki uşaq bağçasında uzunmüddətli könüllülük appeared first on EU NEIGHBOURS east.