Skip to main content

İlmələrin yaratdığı ahəng

02/02/2021

Avropa İttifaqının maliyyə dəstəyi ilə icra edilən “SEEDS” layihəsinin əhatə etdiyi Daşkəsən rayon kənd sakini Almaz (ad şərtidir) ailədə xırda məsələlər üzündən məişət zorakılığına və ayrıseçkiliyə məruz qalması səbəbindən icmanın ictimai həyatında iştirak etməkdən kənarda qalmışdı. Layihənin keçirdiyi təlimlər, psixoloji konsultasiyalar psixoloji təzyiqə məruz qalaraq maddi sıxıntı çəkən Almaz xanımın şəxsi inkişafında böyük rol oynamışdır. Belə ki əvvəllər özünə inanmayan Almaz xanım milli sərvətimiz olan xalçaçılıq sənətini inkişaf etdirərək öz kiçik biznesini qurmuşdur. Almaz xanım “İlmələrin yaratdığı ahəng” adlı xalçaçılıq qrupu yaradaraq icma fəaliyyətində də fəal iştirak edir. Artıq xanım maliyyə cəhətdən müstəqildir və liderlik bacarığına malikdir. Hər bir qadının özünə inamı uğurun başlanğıcıdır.