- Kəsişən sahələr
- Media azadlığı və müstəqilliyi
Avropa Komissiyası jurnalistika ixtisası üzrə təhsil alan şəxsləri və gənc jurnalistləri Aİ-nin müvafiq regiondakı fəaliyyətini əks etdirən yeni “Youth4Regions” adlı proqramında iştirak etməyə dəvət edir.
Proqram çərçivəsində jurnalistika və Aİ-nin regional siyasətinə dair təlimlər təşkil olunacaq və təcrübəli jurnalistlər tərəfindən iştirakçılara mentorluq xidməti göstəriləcək. Bundan əlavə, iştirakçılar Aİ-nin Regionlar Həftəsi ərzində tanınmış jurnalistlər ilə çiyin-çiyinə çalışmaq və Aİ-yə üzv ölkələrə səfər etmək imkanı qazanacaqlar. Səyahət və gecələmə ilə bağlı bütün xərclər Avropa Komissiyası tərəfindən ödəniləcək.
Proqramda jurnalistika təhsili olan 18-30 yaşlarında (təhsil alan və ya 2 il təcrübəsi olan) Aİ və ya Aİ-yə qonşu ölkənin vətəndaşı iştirak edə bilər. Təlim sessiyaları 2021-ci il 10-15 oktyabr tarixlərində keçiriləcək.
Son müraciət tarixi iyul ayının 12-dir.
Daha çox öyrən
Mətbuat üçün açıqlama
Ərizə ilə müraciət edin
