Aİ nümayənfəliyi gənc nəslin nailiyyətlərini Gənclər üçün Açıq Qapı Günü tədbirində qeyd edir
Avropa İttifaqının (Aİ) Azərbaycan nümayəndəliyi, Aİ-nin müxtəlif proqramlarından bəhrələnmiş gənc Azərbaycanlıların nailiyyətlərini qeyd etmək məqsədilə 28 oktyabr tarixində “Gənclər üçün Açıq Qapı Günü” tədbirini təşkil etmişdir. Tədbir, Avropa Gənclər İlini (2022) qeyd etmək məqsədilə regionda yerləşən Şərq Tərəfdaşlığı ölkələrinə qoşularaq bir ay davam edən “Gənclər” kampaniyasının zirvə mərhələsi idi. Kampaniya, “Gənc Avropa səfirləri” şəbəkəsi ilə tərəfdaşlıq cərcivəsində keçirilmiş mətbuat konfransı ilə başlamış, gəncləri diqqət mərkəzində saxlayan və Azərbaycan ərazisini əhatə etmiş müxtəlif tədbir və proqramlarla davam etmişdir. Kampaniya, gənc nəslə özünü ifadə etmək, həmçinin yerli gəcnlər üçün Aİ-nin maliyyə dəstəyi ilə həyata keçirilən fəaliyyət və yaradılan imkanlara dair məlumat vermək üzərində cəmləşmişdir.
“Avropa İttifaqı 2022-ci ili Gənclər İli bəyan etmişdir və ötən ay müvafiq səylərimizi gənclərə yönəltmişik. Azərbaycanla möhkəm möhkəm tərəfdaşlıq çərçivəsində Avropa İttifaqı gənclər üçün təhsil və məşğulluq sahələrində bərabər imkanların dəstəklənməsi məqsədinə nail olmaq niyyətindədir. Bu gün keçdikləri yoldan bəhs etmək üçün üçün bura gəlmiş bir çox gənclərin nailiyyətlərini qeyd edirik. Gördükləri böyük işləri etiraf edirik və onların hər birinə Avropa İttifaqının dəstək verə bilməsindən qürur duyuruq,” – deyə Peter Mixalko, Avropa İttifaqının Azərbaycan Respublikasında səfiri bildirmişdir.
Tədbir zamanı Azərbaycanın müxtəlif bölgələrindən olan 20 gənc, o cümlədən tələbə, fermer, həkim, iqlim dəyişmələrinə qarşı mübariz fəallar, sənətkar və sahibkarlar COVİD-19 koronavirus pandemiyası dövründə üzləşdikləri çətinlik və problemlərə baxmayaraq gördükləri iş və əldə etdikləri nailiyyətlərdən xəbər verən ruhlandırıcı çıxışlar etdilər. Xoş niyyət, əzmkar fəaliyyət və Avropa İttifaqıın dəstəyi nəticəsində bu gənclər çətin şəraiti artım və yeniliyi təmin edən imkana çevirməyə müvəffəq olmuşdurlar. Məsələn, Avropa İttifaqının “Həssas icmalar üçün işgüzar (“startap”) fəaliyyətin qurulmasında təxirəsalınmaz dəstək” layihəsi nəticəsində Şəkidən olan Elnur İsmayılbəyli vazalar istehsalına başlamış, Balakəndən olan Türkan Bürcəliyeva isə quşçuluq təsərrüfatını genişləndirmişdir.
Avropa Gənclər İli boyunca Aİ-nin Azərbaycan nümayəndəliyi indiyədək “Avropa şəhərciyi”, Avropa yay məktəbi, Aİ gənclər müsabiqəsi, sonuncusu isə “Avropada təhsil” sərgisi olmaqla bir sıra tədbirləri dəstəkləmişdir. Gənclərə yönəlmiş bir neçə layihələrə də xüsusi diqqət yetirilmişdir. Aİ biznesə başlamaq, yeni bacarıqlar əldə etmək, təlim keçmək, “Erazmus+” proqramı vasitəsilə Avropada təhsil səviyyəsini artırmaq məqsədilə gəncləri dəstəkləməyə davam edir. COVİD-19 koronavirus pandemiyası dövründə gənc tibb peşəkarlarının səhiyyə sahəsində yaşanan böhranla mübarizə aparmaq və Aİ-nin maliyyə dəstəyi ilə həyata keçirilən peyvəndvurma proqramının dəstəklənməsinə qatılmaq kimi səylərinin əhəmiyyəti də etiraf edilmişdir.