Skip to main content
Photo: European Union

Aİ uşaqlar arasında keçirilən rəsm müsabiqəsinin qaliblərini mükafatlandırıb

11/06/2021

  • Əlaqə, enerji səmərəliliyi, ətraf mühit və iqlim dəyişikliyi
  • Ətraf mühit və iqlim dəyişikliyi
  • Mobillik və insanlararası əlaqə
  • Gənclər
  • Mədəniyyət

İyunun 9-da Ümumdünya Ətraf Mühit Günü münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) birgə təşkilatçılığı ilə uşaqlar arasında keçirilən #GenerationRestoration adlı rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Müsabiqədə 200-ə yaxın 7-12 yaşlı uşaqlar iştirak edib. Onlar ətraf mühitin qorunmasının əhəmiyyəti haqqında cəmiyyətin məlumatlandırılmasına töhfə veriblər.

Mükafatlar iki yaş qrupu üzrə təqdim olunub. 7-9 yaş qrupunda əsas mükafat Kövsər Qurban adlı iştirakçıya təqdim olunub. Aylin Əliyeva isə 10-12 yaşlı uşaqlar arasında qalib olub. Altı qalibə kitab mağazasına hədiyyə kartı, sertifikatlar və rəsm çəkmək üçün dəstlər, əlavə olaraq, 44 uşağa isə təşəkkürnamə və rəsm çəkmək üçün dəstlər verilib.

Bu müsabiqə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT-nin İnkişaf Proqramı və Azərbaycanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin həyata keçirdiyi “EU4Climate” layihəsi çərçivəsində ərsəyə gəlib.

Daha çox öyrən

Mətbuat üçün açıqlama