Skip to main content
Photo: European Union

Aİ tərəfindən maliyyələşdirilən layihə Azərbaycanda vətəndaş cəmiyyəti təşkilatları üçün yeni təlim imkanlar yaradır

18/06/2021

  • Kəsişən sahələr
  • Vətəndaş cəmiyyəti
  • Gender məsələləri
  • İqtisadi inkişaf və bazar imkanları
  • Məşğulluq və sahibkarlıq
  • İnstitutlar və yaxşı idarəçiliyin gücləndirilməsi
  • İdarəçilik, qanunun aliliyi və insan hüquqları
  • Əlaqə, enerji səmərəliliyi, ətraf mühit və iqlim dəyişikliyi
  • Ətraf mühit və iqlim dəyişikliyi
  • Mobillik və insanlararası əlaqə
  • Tədqiqat və innovasiya

İyunun 10-da Avropa İttifaqının maliyyə dəstəyi ilə Azərbaycanda müasir, innovasiyalara əsaslanan və dayanıqlı vətəndaş cəmiyyətinin qurulmasına yönəlmiş yeni layihənin icrasına başlanılıb. BMT-nin İnkişaf Proqramı (UNDP) tərəfindən həyata keçirilən layihədə siyasətlərin formalaşdırılması, yerli inkişaf və sosial innovasiya sahələrində vətəndaş cəmiyyəti təşkilatlarının iştirakının artırılması məqsədilə onların potensialının gücləndirilməsi nəzərdə tutulub. Layihənin dəyəri 3 milyon avrodur.

Layihə çərçivəsində növbəti üç il ərzində qadınların səlahiyyətləndirilməsi, sosial yönümlü müəssisələrin dəstəklənməsi, əhalinin həssas qruplarına COVID-19 pandemiyası ilə mübarizədə yardım göstərilməsi planlaşdırılır. Layihə həmçinin iqlim dəyişikliyi, heyvan hüquqları və innovasiyalara dəstək kimi sahələrdə də fəaliyyət göstərəcək.

Vətəndaş cəmiyyəti təşkilatları üçün təlimlərin təşkil edilməsi, tədris materiallarının hazırlanması, ehtiyaclara uyğun olaraq mentorluq, “kouçinq” və məsləhət dəstəyinin göstərilməsi, müvafiq tərəflərlə bilik və təcrübə mübadiləsi, şəbəkələşmə, təhsil səfərləri, həmçinin kiçik qrant proqramının təşkili də nəzərdə tutulur.

Daha çox öyrən

Mətbuat üçün açıqlama