Aİ Şərq Tərəfdaşlığı üçün bərpa, dayanıqlıq və islahat üzrə yeni proqramını təqdim edib
- Kəsişən sahələr
- Vətəndaş cəmiyyəti
- Gender məsələləri
- Media azadlığı və müstəqilliyi
- İqtisadi inkişaf və bazar imkanları
- İqtisadiyyat və ticarət
- Məşğulluq və sahibkarlıq
- Kənd təsərrüfatı və kənd yerlərinin inkişafı
- İnstitutlar və yaxşı idarəçiliyin gücləndirilməsi
- İdarəçilik, qanunun aliliyi və insan hüquqları
- Təhlükəsizlik, sərhədlərarası əməkdaşlıq və sərhədlərin mühafizəsi
- Əlaqə, enerji səmərəliliyi, ətraf mühit və iqlim dəyişikliyi
- Nəqliyyat
- Enerji və enerji səmərəliliyi
- Ətraf mühit və iqlim dəyişikliyi
- Mobillik və insanlararası əlaqə
- Miqrasiya və mobillik
- Gənclər
- Təhsil və peşə təlimi
- Mədəniyyət
- Tədqiqat və innovasiya
- Səhiyyə
- Milli azlıqlar
İyunun 2-də Avropa Komissiyası və İttifaqın Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi önümüzdəki illərdə Aİ-nin Şərq Tərəfdaşlığı ölkələri ilə əməkdaşlığın prioritetlərinə dair təkliflə çıxış edib. Təklif olunan proqram 2020-ci ilin mart ayında Şərq Tərəfdaşlığının gələcəyi ilə bağlı qəbul olunan beş uzunmüddətli hədəfə əsaslanır. Sözügedən proqramı dəstəkləmək məqsədilə qrant, qarışıq maliyyə və zəmanətlər şəklində 2,3 milyard avro dəyərində İqtisadi və İnvestisiya planının qəbul edilməsi nəzərdə tutulub. Bu planın dövlət və özəl sektordan 17 milyard avroya qədər maliyyə vəsaiti cəlb edəcəyi gözlənilir. Yeni təklif 2021-ci ilin dekabrında keçirilməsi planlaşdırılan Şərq Tərəfdaşlığı Sammiti daxil olmaqla, gələcəkdə Şərq Tərəfdaşlığı üzrə siyasətə dair müzakirələrə töhfə verəcək.
Təklif olunan hərtərəfli proqram ticarət və məşğulluğu artırmaq, iqtisadi inkişaf, əlaqələrə sərmayə yatırmaq, demokratik institutları və qanunun aliliyini gücləndirmək, yaşıl və rəqəmsal texnologiyalara keçidi dəstəkləmək, ədalətli, gender baxımından bərabər və inklüziv cəmiyyətləri təşviq etmək məqsədi daşıyır.
Avropa İttifaqın Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrel proqram haqqında bu sözləri deyib: “Şərq Tərəfdaşlığı Avropa İttifaqının gündəmində mühüm yerlərdən birini təşkil etməkdə davam edir. Biz gələcəyə hesablanmış, o cümlədən qarşıda duran misli görünməyən vəzifələrə və bu günün imkanlarına uyğun olan proqram hazırlamaq istəyirik.
“İşimizin əsasını demokratiyanın, səmərəli idarəçiliyin və qanunun aliliyinin təşviqi təşkil edəcək. Bunlar əməkdaşlığımız çərçivəsində müsbət və konkret nəticələrin əldə olunmasında mühüm rol oynayır. Buraya bizim Şərq Tərəfdaşlığı proqramı vasitəsilə insanlara dəstək verməyə davam etməyi planlaşdırdığımız Belarus da daxildir”.
Avropa İttifaqının Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Komissarı Oliver Varhelyi isə yeni proqramın COVID-19 pandemiyasından sonra sosial-iqtisadi bərpa proseslərini dəstəkləyəcəyinə, iqtisadi əlaqələri gücləndirəcəyinə və Aİ ilə tərəfdaş ölkələr arasında ticarət marşrutları quracağına inanır. “Biz məşğulluğu, iqtisadi inkişafı stimmulaşdıracaq və Şərq Tərəfdaşlığı regionuna rifah gətirəcək iddialı İqtisadi və İnvestisiya planını irəli sürürük. Plana, gələcək demokratik Belarusa dəstək daxil olmaqla, bütün Şərq Tərəfdaşlığı ölkələri üzrə mühüm proqram və layihələr daxildir”.
Bərpa, dayanıqlıq və islahata yönəlmiş hərtərəfli proqrama 2025-ci il üzrə əməkdaşlığın bütün prioritet sahələri üzrə aydın öhdəliklərlə yanaşı, on əsas hədəf daxildir. Sözügedən hədəflər 500 000 kiçik və orta sahibkarlıq müəssisəsinə əlavə dəstək, Aİ standartlarına uyğun olaraq 3 000 km uzunluğunda prioritet avtomobil yolu və dəmir yollarının tikilməsi və ya müasirləşdirilməsi, hibrid və kiber təhdidlərin aradan qaldırılması, korrupsiyaya qarşı mübarizə, 250 000 ev təsərrüfatında enerji istehlakının azı 20% azaldılması, etibarlı su təchizatı və havanın təmizliyinin yaxşılaşdırılması, ev təsərrüfatlarının 80%-də yüksək sürətli internetə çıxış, tibb işçilərinin peyvəndlənməsinə dəstək, vətəndaş cəmiyyəti və müstəqil mediaya əlavə dəstək, 70 000 tələbə, tədqiqatçı və gənc üçün yerdəyişmə imkanları kimi sahələri əhatə edir.
Yeni proqram həmçinin çoxtərəfli ŞT strukturunu nəzərdən keçirmək və onu yeni prioritetlərə uyğun olaraq yeniləmək və qarşıya qoyulan məqsədə tam şəkildə uyğun olmasını təmin etməyi nəzərdə tutur.
Regional iqtisadi və investisiya planı iqtisadiyyatı daha təsirli şəkildə bərpa etməyə yönəlmiş proqramı nəzərə alaraq COVID-19 pandemiyasından sonra sosial-iqtisadi bərpa proseslərinə və uzunmüddətli dayanıqlığa dəstək verəcək. Planda prioritet investisiyalar əks olunub və tərəfdaş ölkələrin prioritetlərinə, ehtiyaclarına və iddialarına əsasən müəyyənləşdirilmiş bir sıra qabaqcıl təşəbbüslər müəyyənləşdirilib.
Təkliflər 2021-ci ilin dekabrında keçiriləcək 6-cı Şərq Tərəfdaşlığı Sammiti öncəsi tərəfdaş ölkələr, Aİ-yə üzv dövlətlər, vətəndaş cəmiyyəti və digər maraqlı tərəflərlə müzakirə ediləcək.
Daha çox öyrən
Şərq Tərəfdaşlığı: 2020-ci ildən sonrakı dövr üçün yeni siyasət məqsədləri
2020-ci il üçün 20 praktiki nəticənin nailiyyətlərinə dair məlumat bülleteni