Skip to main content
Photo: European Union

Aİ-nin Şərq Qonşuları layihəsi növbəti 4 il müddətinə uzadılıb

08/01/2021

  • Kəsişən sahələr
  • Vətəndaş cəmiyyəti
  • Gender məsələləri
  • Media azadlığı və müstəqilliyi
  • İqtisadi inkişaf və bazar imkanları
  • İqtisadiyyat və ticarət
  • Məşğulluq və sahibkarlıq
  • Kənd təsərrüfatı və kənd yerlərinin inkişafı
  • İnstitutlar və yaxşı idarəçiliyin gücləndirilməsi
  • İdarəçilik, qanunun aliliyi və insan hüquqları
  • Təhlükəsizlik, sərhədlərarası əməkdaşlıq və sərhədlərin mühafizəsi
  • Əlaqə, enerji səmərəliliyi, ətraf mühit və iqlim dəyişikliyi
  • Nəqliyyat
  • Enerji və enerji səmərəliliyi
  • Ətraf mühit və iqlim dəyişikliyi
  • Mobillik və insanlararası əlaqə
  • Miqrasiya və mobillik
  • Gənclər
  • Təhsil və peşə təlimi
  • Mədəniyyət
  • Tədqiqat və innovasiya
  • Səhiyyə
  • Milli azlıqlar

2021-ci ilin əvvəlində Aİ-nin Şərq Qonşuları (EU Neighbours East) layihəsinin növbəti dörd illik mərhələsinin icrasına başlanılıb. Layihənin məqsədi Avropa İttifaqının altı Şərqi tərəfdaşlıq ölkəsi olan Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova Respublikası və Ukraynada insanların Avropa İttifaqı haqqında təsəvvürünü yaxşılaşdırmaq və Aİ-nin Şərq Tərəfdaşlığı regionu ilə əməkdaşlığının təsiri və gözəçarpan faydaları barədə məlumatlılığı artırmaqdır.

Şərq Qonşuluğu üzrə Aİ-nin yeni dörd illik regional kommunikasiya proqramı Avropa Komissiyası tərəfindən maliyyələşdirilir və Aİ-nin Şərq Qonşuları layihəsinin tanınmasına xidmət edir.

Sözügedən proqram, Aİ-nin Şərq Qonşuları layihəsinin internet səhifəsi və sosial media kanalları da daxil olmaqla, onlayn platformalar vasitəsilə məlumatlılığı artırmaq və yerli səviyyədə ittifaq haqqında təsəvvürü yaxşılaşdırmaq üçün davamlı ünsiyyət kampaniyaları ətrafında qurulacaq.

Bundan əvvəlki layihənin nailiyyətlərinə əsaslanaraq bu layihə çərçivəsində dialoqun gücləndirilməsi, Gənc Avropa Səfirləri şəbəkəsinin daha da genişləndirilməsi və ictimaiyyət ilə əlaqələri maksimum dərəcədə artırmaq məqsədilə yerli kütləvi informasiya vasitələri ilə əməkdaşlıq etmək nəzərdə tutulub.

Avropa Komissiyasının Genişlənmə Məsələləri və Qonşuluq Siyasəti üzrə Baş Direktoratı və Aİ-nin Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında həyata keçirilən Aİ-nin Şərq Qonşuları layihəsi tərəfdaş ölkələrdəki Aİ Nümayəndəliklərinin kommunikasiya fəaliyyətini tamamlayır və dəstəkləyir.

Sözügedən layihə “B&S Europe” şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.