Skip to main content
Photo: European Union

Aİ-nin Azərbaycandakı Nümayəndəliyi KİV-lər arasında keçirilən müsabiqənin qaliblərini açıqlayıb

18/06/2021

  • Kəsişən sahələr
  • Media azadlığı və müstəqilliyi

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Azərbaycanın kütləvi informasiya vasitələri arasında Aİ-Azərbaycan əməkdaşlığına həsr olunmuş müsabiqənin qaliblərini elan edib.

Qaliblər beş nominasiya üzrə seçilib.

  • Çap və onlayn kütləvi informasiya vasitəsində beş ən yaxşı məqalə

Yelena Kosolapova və Kelli Çayb De Mares (Azeri Observer jurnalı)

Fərman Nəbiyev (mi-news.az)

Aydın Səlimli (qaynarinfo.az)

  • Ən yaxşı radio reportaj  

Türbat Bağırova (“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC)

  • Ən yaxşı onlayn, çap bloq, rəy və ya sütun

İsmayıl Fətəliyev (mediaman.az)

Qaliblərin hər birinə 500 AZN dəyərində hədiyyə kartı veriləcək.

Müsabiqəyə təqdim olunan materiallar, dəqiqlik, təqdimatın dərinliyi, hədəf, yaradıcılıq və üslub kimi bir neçə meyara əsasən qiymətləndirilib.

Daha çox öyrən

Mətbuat üçün açıqlama