Skip to main content
Photo: European Union

Aİ-nin Azərbaycandakı Nümayəndəliyi gənclər arasında bilik yarışması təşkil edib

27/05/2021

  • Mobillik və insanlararası əlaqə
  • Gənclər

Mayın 23-də Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi və Gənc Avropa Səfirlərinin  təşkilatçılığı ilə Avropa İttifaqı haqqında bilik yarışması keçirilib. 

“Avropa İttifaqını nə dərəcədə yaxşı tanıyırsınız?” adlı yarışma Avropa Gününə həsr olunmuş tədbirlər çərçivəsində təşkl olunub.

Tədbir Azərbaycanın bütün bölgələrindən olan 14-26 yaşlı parlaq zəkalı gəncləri bir araya gətirmək məqsədi daşıyıb. Bilik yarışması Avropanın tarixinə, dəyərlərinə, tərkibindəki qurumlara və mədəniyyətinə dair iştirakçıların bilikərini interaktiv yolla artırmaqla yanaşı, komanda ruhunu hiss etməyə və analitik bacarıqları inkişaf etdirməyə yönəlib.

Yarışmada iştirakla bağlı 350-yə yaxın müraciət daxil olub. Aİ haqqında biliklərini sınamaq üçün hər komandada 4 nəfər olmaqla cəmi 11 komanda seçilib.

“Dostluq bir-birini tanımaqdan, öyrənməkdən və anlamaqdan başlayır. Bu, ölkələr arasındakı tərəfdaşlığa da şamil edilir. Mən Gənc Avropa Səfirlərinin Avropa İttifaqına dair bilikləri təbliğ etmək təşəbbüsünü alqışlayıram. Bu, Aİ və Azərbaycan arasındakı əməkdaşlığı daha da gücləndirməyə kömək edəcək”- deyə Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, cənab Kestutis Yankauskas bildirib. 

Yarışmada qalib gələn “Randomika” komandası Kestutis Yankauskas tərəfindən mükafatlandırılıb.

Daha çox öyrən

Mətbuat üçün açıqlama