Aİ-nin Azərbaycan, Belarus və Ukraynadakı səfirləri canlı yayımda suallara cavab verəcəklər
07/05/2021
Kəsişən sahələr
İqtisadi inkişaf və bazar imkanları
İnstitutlar və yaxşı idarəçiliyin gücləndirilməsi
Əlaqə, enerji səmərəliliyi, ətraf mühit və iqlim dəyişikliyi
Mobillik və insanlararası əlaqə
Mayın 9-da Avropa Günü münasibətilə Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələri olan Azərbaycan, Belarus və Ukraynadakı Nümayəndəliklərinin rəhbərləri Facebook vasitəsilə bir sıra canlı yayımlar təşkil edəcəklər.
Canlı yayımlara Mərkəzi Avropa vaxtı ilə saat 14:30-da qoşula bilərsiz. Yayım zamanı Aİ-nin Belarusdakı səfiri Dirk Şuebel, Azərbaycandakı səfiri Kestutis Yankauskas və Aİ-nin Ukraynadakı səfiri Matti Maasikasa suallarınızı ünvanlaya bilərsiniz.
İştirak pulsuzdur. Feysbuk daxili və xaricində istənilən şəxsin yayıma qoşulması mümkündür.
Avropa Günü haqqında əlavə məlumat əldə etmək üçün #EuropeDay teqindən istifadə edin.