Aİ koronavirus pandemiyası ilə mübarizə məqsədilə əlavə olaraq 40 milyon avro vəsait ayırır
29/04/2021
İqtisadi inkişaf və bazar imkanları
Məşğulluq və sahibkarlıq
Avropa Komissiyası Şərq Tərəfdaşlığı və Qərbi Balkanlar regionunda COVID-19 pandemiyasının iqtisadi təsirlərinin azaldılması məqsədilə EU4Business təşəbbüsü çərçivəsində Aİ tərəfindən maliyyələşdirilən Cənub Şərqi Avropa üzrə Avropa Fonduna (EFSE) əlavə 40 milyon avro vəsait ayırıb.
Ayrılan maliyyə vəsaiti böhranın yaratdığı problemlərin öhdəsindən gəlməkdə yerli maliyyə təşkilatlarının mikro və kiçik sahibkarlıq subyektlərini dəstəkləmə qabiliyyətini artırmaq məqsədilə istifadə olunacaq. Həmin vəsaitin əhəmiyyətli hissəsi xüsusən yerli valyutaların dəstəklənməsi üçün nəzərdə tutulub. Bununla da kredit alanları məzənnədəki dəyişiklik riskindən qorumaqla əlavə təhlükəsizlik səviyyəsi təmin ediləcək.