Photo: European Union

Aİ Azərbaycanda tullantıların yenidən istifadəsini təşviq edir

30/08/2021

  • Əlaqə, enerji səmərəliliyi, ətraf mühit və iqlim dəyişikliyi
  • Ətraf mühit və iqlim dəyişikliyi

Avqustun 20-də Avropa İttifaqı, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Ekologiya və Təbii Sərvətlər Nazirliyi “EU4Climate” regional təşəbbüsü çərçivəsində “Özün Yarat 2021” müsabiqəsinə start veriblər. 

“Gələcək Sənin Əlindədir” şüarı altında keçirilən müsabiqənin məqsədi Azərbaycanda daha çox insanı adi halda atacağı məhsulları yenidən istifadəyə təşviq etməkdir.

Növbəti bir ay ərzində bütün Azərbaycan vətəndaşları Özün yarat platforması vasitəsilə tullantıları faydalı məhsullara necə çevirdiklərini nümayiş etdirən video və şəkillər yükləyə biləcəklər.

Ekspertlərdən və inkişaf üzrə mütəxəssislərdən ibarət münsiflər heyəti təqdim olunan şəkil və videoları qiymətləndirəcək. Ən yaxşı ideya sahibləri 1 500, 1 000 və 500 AZN dəyərində mükafatlar qazanacaqlar.

BMTİP və Aİ-nin Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlığı çərçivəsində yaradılan və maliyyələşdirilən “Özün yarat” platforması ilk dəfə 2020-ci ildə istifadəyə verilərək ölkədə tullantıların və ətraf mühitə digər zərərli təsirlərin azaldılmasının effektiv yolu kimi yenidən istifadəni təbliğ etməyə kömək etmişdir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

 

Bu səhifədə verilən məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qoruması ilə tənzimlənir. © Avropa İttifaqı 2021