Skip to main content
Photo: European Union

Aİ Azərbaycanda sanitar və fitosanitar tədbirlərin gücləndirilməsinə dəstək verir  

18/06/2021

  • İnstitutlar və yaxşı idarəçiliyin gücləndirilməsi
  • İdarəçilik, qanunun aliliyi və insan hüquqları
  • Əlaqə, enerji səmərəliliyi, ətraf mühit və iqlim dəyişikliyi
  • Ətraf mühit və iqlim dəyişikliyi
  • Mobillik və insanlararası əlaqə
  • Səhiyyə

İyunun 10-da Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi, eləcə də Avropadan olan tərəfdaşlar qismində Latviya və Litva tərəfindən Aİ-Azərbaycan Tvinninq Layihəsinin başlanmasına dair ilk onlayn video konfrans keçirilib. 

Tvinninq Layihəsinin spesifik məqsədi, Azərbaycanda qida təhlükəsizliyini artırmaq və aqrar qida məhsullarının beynəlxalq ticarətin müvafiq tələblərinə cavab verməsi üçün bu ölkəyə dəstək verməkdir. Layihə çərçivəsində həmçinin sanitar və fitosanitar qaydalara uyğun qanunvericiliyi daha da inkişaf etdirib təkmilləşdirməkdə AQTA-nın bacarıqlarını artırmaqdır.

2020-ci ilin noyabrından icra olunmağa başlayan layihə 24 ay davam edəcək. 

Daha çox öyrən

Mətbuat üçün açıqlama