
Vətəndaş fəallığı sahəsində süni intellektdən istifadəyə dair vebinar keçiriləcək

Aİ tərəfindən maliyyələşdirilən Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Proqramı Şərq Tərəfdaşlığı ölkələrində fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatlarını süni intellekti daha səmərəli və məsuliyyətli şəkildə başa düşməyə, qiymətləndirməyə və tətbiq etməyə kömək etmək üçün praktiki vebinarda iştirak etməyə dəvət edir.
Vətəndaş cəmiyyəti və rəqəmsal innovasiyalar sahəsində zəngin təcrübəyə malik məsləhətçi, təlimçi və mentor Miloş Yankoviç tərəfindən keçiriləcək bu vebinar iştirakçılara süni intellekt üzrə zəruri biliklərlə yanaşı, həmin alətləri təşkilatın ehtiyaclarına uyğun quraşdırmağı praktiki şəkildə öyrədəcək.
“Vətəndaş cəmiyyəti təşkilatlarının işində süni intellektin tətbiqi” adlı vebinar 19 noyabr 2026-cı il tarixində, saat 13:00 – 14:30 (Mərkəzi Avropa vaxtı ilə) baş tutacaq.
Vebinarda aşağıdakıları öyrənəcəksiniz:
- Daha yaxşı süni intellekt mühitinin qurulması: süni intellekt sisteminin yeddi təbəqəsini, onların hər birinin rolunu və addım-addım necə tənzimlənməli olduğunu öyrənəcəksiniz.
- Süni intellektə düzgün kontekstin verilməsi: süni intellektin təşkilatınızın məlumatları ilə səmərəli işləməsi üçün təlimatlara, yaddaşa, layihələrə və fayllara nələrin daxil edilməli olduğunu mənimsəyəcəksiniz.
- Təşkilati təcrübənizi təkrar istifadə oluna bilən vərdişlərə çevirmək: metodlarınızı, standartlarınızı və nümunələrinizi vərdiş faylında necə əks etdirməyi və süni intellektin bunlara necə əməl etdiyini yoxlamağı öyrənəcəksiniz.
- Düzgün alətlərin və parametrlərin seçilməsi: tapşırıqdan, tələb olunan giriş məlumatından və görüləcək işin həcmindən asılı olaraq doğru modelləri və alətləri seçməyi öyrənəcəksiniz.
- Daha effektiv sorğular yazmaq və nəticələri qiymətləndirmək: aydın məqsədlər qoymağı, istədiyiniz nəticəni dəqiq izah etməyi və süni intellektin hazırladığı işi son qərarı özünüz verməklə necə nəzərdən keçirməli olduğunuzu öyrənəcəksiniz.
Qeydiyyatdan keçmək üçün linkə keçid edin.
Daha çox öyrənin
The post Vətəndaş fəallığı sahəsində süni intellektdən istifadəyə dair vebinar keçiriləcək appeared first on EU NEIGHBOURS east.