Skip to main content

“Avropa Rəqəmsal Bağlantı Mükafatları 2026” üzrə müraciət müddəti sentyabrın 30-dək uzadılıb

18/09/2026

“Avropa Rəqəmsal Bağlantı Mükafatları 2026” (European Digital Connectivity Awards 2026) Avropanın “Rəqəmsal Onillik” üzrə bağlantı hədəflərinə töhfə verən layihələri mükafatlandırır. Müsabiqəyə müraciət müddəti uzadılıb və layihələr sentyabrın 30-dək təqdim oluna bilər.

Müsabiqədə icra mərhələsində uğur əldə etmiş və gözəçarpan təsirə malik layihələr iştirak edə bilər. Kənd və ya şəhər, özəl və ya dövlət, yerli, regional, milli, transsərhəd və ya beynəlxalq miqyaslı olmasından asılı olmayaraq, hər ölçüdə layihələr təqdim oluna bilər. 

Fiber-optik rabitə, 5G, sabit simsiz çıxış, peyk, magistral və beynəlxalq bağlantı həlləri daxil olmaqla, bütün müvafiq bağlantı texnologiyalarını əhatə edən layihələr qəbul edilir.

Qaliblər 2026-cı il dekabrın 2-də Brüsseldə keçiriləcək xüsusi mükafatlandırma mərasimində elan olunacaq. Qalib layihələr, həmçinin Avropa Komissiyasının “Rəqəmsal Strategiya” rəsmi internet səhifəsində də dərc ediləcək.

Layihələr üç kateqoriya üzrə təqdim olunacaq və qiymətləndiriləcək: giqabit infrastrukturunun tətbiqində mükəmməllik və innovasiya; kənd və uzaq ərazilərdə rəqəmsal texnologiyalar sahəsində qeyri-bərabərsizliyin aradan qaldırılması üzrə liderlər; transsərhəd və beynəlxalq bağlantı.

Üçüncü kateqoriya həm Aİ daxilində, həm də Aİ ilə Aİ-yə üzv olmayan ölkələri və ya digər dünya regionlarını birləşdirən transsərhəd və ya çoxölkəli kontekstdə rəqəmsal bağlantı şəbəkələrini tətbiq edən layihələr üçün açıqdır. Tələblərə cavab verən layihələrə qlobal və ya regional şlüzlər, yerüstü və ya sualtı magistral bağlantı, habelə sabit və ya simsiz bağlantı həlləri daxil ola bilər. Bu kateqoriya təhlükəsiz, davamlı və kompleks transsərhəd bağlantını təmin edən mürəkkəb transmilli layihələri qiymətləndirir.

Müraciət üçün son tarix 30 sentyabrdır.

Daha çox öyrənin

Mətbuat üçün açıqlama

The post “Avropa Rəqəmsal Bağlantı Mükafatları 2026” üzrə müraciət müddəti sentyabrın 30-dək uzadılıb appeared first on EU NEIGHBOURS east.